Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Bərbərxana və gözəllik salonları üçün yeni tələblər müəyyənləşdi

Bərbərxana və gözəllik salonları üçün yeni tələblər müəyyənləşdi

Türkiyənin Daxili İşlər Nazirliyi mayın 11-dən kişi və qadın bərbərxanaları, gözəllik salonlarının fəaliyyətə başlaması ilə əlaqədar tədbirlər planı açıqlayıb.

Nazirlikdən yayılan açıqlamada bildirilib ki, yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində bağlanan bu obyektlər 11 maydan yerli vaxtla saat 09:00-21:00-dək fəaliyyət göstərəcək.

Türkiyənin 81 vilayətinə göndərilən sənəddə bildirilib ki, obyektlərin gigiyenik tələblərə ciddi əməl etməsi, iş prosesindən əvvəl və sonra obyektlərin dezinfeksiya olunması, iş prosesində bərbər və digər mütəxəssisin, müştərinin maskadan istifadə etməsi vacib tələbdir. İş prosesində müştərinin maskasını çıxarmasına icazə veriləcək. Müştərilər üçün bəzi vasitələr ya birdəfəlik (önlük, saç qurutmaq üçün dəsmal və s.) istifadə olunacaq, ya da müştəri özü ilə gətirəcək.

Zəruri olmayan bəzi prosedurlar (gözəllik salonlarında dəriyə qulluq, makiyaj və s.) müvəqqəti olaraq tətbiq edilməyəcək.

Müştərilər yalnız öncədən qəbula yazılmaqla, öncədən müəyyənləşdirilmiş vaxtda bu obyektlərə müraciət edəcək.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …