Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Bələdiyyədən gələn bir zənglə milyonçu olduğunu öyrəndi (VİDEO)

Bələdiyyədən gələn bir zənglə milyonçu olduğunu öyrəndi (VİDEO)

Ankarada iki uşağı ilə illərdir çətinlik içində yaşayan 43 yaşlı Nəbahat Kartanak bələdiyyədən gələn zənglə 25 il öncə vəfat edən atasından ona miras olaraq 13 milyon lirə dəyərindən torpaq sahəsi qaldığını öyrənib.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, bələdiyyə məmurları əraziləri müəyyənləşdirərkən, 3 torpaq sahəsində 1994-cü ildə vəfat etmiş Əhməd Kartanakın hissələri olduğu üzə çıxıb. Onun varisləri barədə araşdırma apararkən isə qızı və həyat yoldaşının da dünyasını dəyişdiyi və övladlığa götürdüyü Nəbahat Kartanakın tək varis olduğu məlum olub. Bundan sonra bələdiyyə varisə bildiriş göndərib. Bildiriş ünvana çatmadığı üçün isə Kartanaka zəng edilib, beləliklə, 3 ildir işsiz olan və ailəsi ilə birgə çətin günlər keçirən Kartanak 3 ayrı yerdə 15 min 500 kvadrat metrlik torpaq sahəsinin varisi olduğunu öyrənib.
“Bundan sonra ortaq olduğumuz ərazini necə dəyərləndirəcəyimizi müzakirə edəcəyik. Təbii ki, əmlak vergisi bizim ciddi gəlir qaynaqlarımızdandır. Ona görə, biz 94-cü ildən bəri olan vergi borcları ilə bağlı müəyyən miqdarda pul alacağıq”, – deyə Pursaklar rayon bələdiyyə sədri Ərtoğrul çətin deyib.Milyonçu olduğunu öyrənən Nəbahat Kartanak isə ərazilərinin bir qismini satıb, borclarını bağlayacağını və müəyyən qədərini də övladlarının təhsilinə xərcləyəcəyini deyib.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …