Ana səhifə / Dünya / Bələdiyyə sədri mərasimə atla gəldi, sosial şəbəkədə gündəm oldu – VİDEO

Bələdiyyə sədri mərasimə atla gəldi, sosial şəbəkədə gündəm oldu – VİDEO

Türkiyənin Gümüşhane şəhərinin düşmən işğalından xilas olmasının 101-ci ildönümü qeyd olunur.

Musavat.com xəbər verir ki, qeyd edilən qurtuluş mərasimi maraqlı görüntülərlə yadda qalıb.

Şəhərin bələdiyyə sədri Ercan Çimen mərasimə at belində gəlib. Bu görüntülər sosial şəbəkə geniş paylaşılaraq marağa səbəb olub.

Bundan əlavə yolboyu əllərində Türk bayrağı ilə at çapan gənclərdə mərasimə ayrıca gözəllik qatıb. Mərasimdə azərbaycanlı müğənnin Azərinin ifa etdiyi “Çırpınırdı Qara dəniz” mahnısı da səsləndirilib. 

Mərasimə atla qatılaraq maraqlı görüntülərlə yadda qalan bələdiyyə sədri daha sonra çıxış edib.

O Gümüşhane şəhərində yazılan tarix haqqında danışıb: “Türkiyə tarixinin, Anadolunun hər şəhərində günlərlə danışaraq bitməyəcək hekayələri var. Bu hekayələrdən biri də 101 il öncə burada Gümüşhanedə yazılıb. Bu gözəl və şərəfli bir gündə hər birinizi təbrik edir, burada iştirak etdiyiniz üçün minnətdarlıq hissimi bildirirəm”.

Qeyd edək ki, bu şəhər 19 iyul 1916-cı ildə ruslar tərəfindən işğal edilib. Lakin 2 ildən sonra 15 fevral 1918-ci il tarixində bu torpaqlar türklər tərəfindən geri alınıb.M

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …