Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / Dünya / Bəşər Əsəddən CHP liderinə şok dəvət: “Dəməşqə gəlin…”

Bəşər Əsəddən CHP liderinə şok dəvət: “Dəməşqə gəlin…”

Suriya Prezidenti Bəşər Əsəd Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu ikitərəfli görüş üçün Suriyaya dəvət edib.

Bu iddia ilə CHP-dən olan keçmiş deputat Barış Yarkadaş çıxış edib.

Türkiyə hökumətin Suriya ilə bağlı atdığı hər addımını tənqid edən Kamal Kılıçdaroğlu Bəşər Əsəddən görüş təklifi alıb. Beləliklə, Kılıçdaroğlunun Ankaraya Dəməşqlə yenidən danışıqlar aparmaq çağırışına Bəşər Əsəd cavab verib.

Suriya lideri CHP sədrini ikitərəfli görüş üçün Dəməşqə dəvət edib.

Hələlik CHP-dən iddiaya cavab verilməyib./Teleqraf

Həmçinin oxuyun

Türkiyə ilə İran arasında mühüm razılaşma imzalandı

İran İslam respublikasında səfərdə olan Türkiyənin daxili işlər naziri Süleyman Soylu həmkarı Əhməd Vahidi ilə …