Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Dünya / Bələdiyyə sədrinin saçını kəsib, üzünə boya atdılar – Video

Bələdiyyə sədrinin saçını kəsib, üzünə boya atdılar – Video

Boliviyada mübahisəli seçki nəticələrindən sonra insanlar küçələrə axın ediblər.  Məlumata görə, bu günə qədər qarşıdurmalarda 1 nəfər ölüb, 89 nəfər isə yaralanıb.

Müxalif nümayişçilər qadın bələdiyyə sədri Patrisia Arceyə işgəncə veriblər. Saçları zorla kəsilən bələdiyyə sədri küçədə yalın ayaqla gəzdirilib.

Ölkənin Vinto adlı bölgəsində bələdiyyə binasına hücum edən müxaliflər, iqtidar partiyası olan Sosializm Hərəkatına mənsub qadın bələdiyyə sədri Patrisia Arceni binadan zorla çıxarıblar.

Bələdiyyə binasını yağmaladıqdan sonra yandıran nümayişçilər girov götürdükləri və işgəncələrə məruz qoyduqları qadın məmuru bir müddət sonra polisə təhvil veriblər.

Müxaliflərin söyüşlərinə və fiziki təzyiqinə məruz qalan qadın siyasətçinin saçlarının zorla kəsildiyi, üzünə və bədəninə boya, zibil atıldığı bildirilir.

Baş vermiş hadisə ilə bağlı görüntülər sosial mediada yayımlanıb.

Həmin görüntüləri təqdim edirik:

Musavat.com

Həmçinin oxuyun

Pakistan Fransaya nota verdi

Pakistanın Xarici İşlər Nazirliyi Fransanın İslamabaddakı səfirliyinə Parisdəki antiislam kampaniyası ilə əlaqədar etirazını bildirib. Azinforum.az …