Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / Azyaşlı oğlanları zorlayan molladan məhkəmədə şok addım

Azyaşlı oğlanları zorlayan molladan məhkəmədə şok addım

Bu ilin əvvəlində Türkiyənin Konya bölgəsində özünü dini qrupun şeyxi kimi tanıdan və aralarında azyaşlı oğlanlarının da olduğu 7 nəfər həmcinsinə qarşı cinsi zorakılıq etdiyinə görə həbs edilmiş S.İ adlı şəxsin məhkəməsi başlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, özünü şeyx elan edən şəxsin məhkəməyə üzünü təmiz qırxmış və kostyum geyinərək gəlməsi diqqəti cəlb edib.

63 yaşlı S.İ-nin vəkili məhkəmə zalında müvəkkilinin yaşının nəzərə alınmasını tələb edib və onun günahsız olduğunu bəyan edib. Vəkil bütün ittihamların əsassız olduğunu desə də, qarşı tərəf Konya 1. Ağır Cəza Məhkəməsindən təqsirləndirilən şəxsə 49 ildən 70 ilə qədər həbs cəzası tələb edildi. Məhkəmə, şübhəlinin azadlığa buraxılması tələbini rədd edərək şahidlərin dinlənilməsi məqsdəilə məhkəməni başqa tarixə təyin edilməsinə qərar verib.

Qeyd edək ki, məhkəmə iclasında sözügedən dini qrupun 20 nəfərə qədər üzvünün iştirak etməsinə icazə verilməyib. Onlar məhkəmə prosesi yekunlaşana qədər dəhlizdə gözləməli olublar.

Həmçinin oxuyun

Vanqanın proqnozları ortaya çıxdı: May-dekabr aylarında dünyanı nə gözləyir?

Dünyaca məşhur görücü Vanqa 2024-cü ildə bir çox xoşagəlməz hadisələrin baş verəcəyini proqnozlaşdırıb. Lent.az xarici …