Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / “Azovstal” müdafiəçilərinin yaxınları Çindən vəziyyətə müdaxilə etməsini xahiş edirlər

“Azovstal” müdafiəçilərinin yaxınları Çindən vəziyyətə müdaxilə etməsini xahiş edirlər

“Azovstal” müdafiəçilərinin yaxınları Çini Ukrayna hərbçilərinin Mariupoldan çıxarılmasına kömək etməyə çağırıblar.

Döyüşçülərin yaxınları mayın 14-də keçirdikləri mətbuat konfransında bununla bağlı bəyanat səsləndiriblər.

“Biz Çindən xahiş edirik ki, bu müharibəyə müdaxilə etsin və bu müharibədə sülhməramlı qismində çıxış etsin, bizim Mariupoldakı, “Azovstal”dan olan əsgərlərimizin xilaskarına çevrilsin. Zaman keçir, günlər, dəqiqələr, saniyələr keçir. Əsgərlərimiz artıq cəhənnəmi görüblər, onlara günəşi görmək imkanı verin” – deyə Mariupol müdafiəçilərinin yaxınları ümumi bəyanatda istəklərini səsləndiriblər.

Müdafiəçilərin qohumları “Çinin əzabların tarixini, müstəqilliyin dəyərini və iki dünyagörüşü arasındakı mübarizənin nə olduğunu bildiyini” xatırladıb və Çinin “kənarda durmayacağına və susmayacağına” ümid etdiyini bildiriblər.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …