Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / “Azərbaycanlıların restoranında toy etməyin, onlardan heç nə almayın…” – Düşmən Rusiyada “iqtisadi savaşı” genişləndirir…

“Azərbaycanlıların restoranında toy etməyin, onlardan heç nə almayın…” – Düşmən Rusiyada “iqtisadi savaşı” genişləndirir…

Məlum olduğu kimi, ermənilərin 12 iyul tarixinən etibarəın Tovuz istiqamətində törətdiyi silsilə hərbi təxribatlara cavab olaraq Rusiyanın ən böyük bazarlarından sayılan “Food City”-yə erməni məhsullarının buraxılması dayandırılıb.

Nətiədə, Ermənistandan gətirilən minlərlə ton məhsul məhv olmaq təhlükəsi ilə üzləşib ki, bu da həm Ermənistanda, həm də dünyanın müxtəlif yerlərindəki erməni diasporlarında ciddi narazılığa səbəb olub.

Moderator.az xəbər verir ki, “Food City” olayından sonra Rusiyada azərbaycanlılara qarşı iqtisadi savaşı genişləndirməyə qərar verən ermənilər arasında müraciət yayılıb. Müraciətdə Rusiyadakı azərbaycanlıların iqtisadi mövqeyini zəiflətmək üçün bir sıra addımların atılması nəzərdə tutulub ki, bunlardan da biri azərbaycanlılara məxsus restoranlarda toy, banket və s. kimi tədbirlər keçirməməkdir. Müraciətdə vurğulanır ki, azərbaycnlılara məxsus restoranlar ucuz qiymətə xidmət göstərsələr belə, “mili maraqlar naminə” bu restoranlarda tədbir keçirmək, azərbaycanlılara xeyir vermək olmaz. Bundan başqa, Rusiyadakı ermənilərə azərbaycanlılardan heç nə almamaq tövsiyə olunur. Azərbaycan istehsalı olan məhsulların alınmamasının vacibliyi xüsusilə vurğulanır.

Həmçinin, Rusiyadakı ermənilərə tövsiyyə olunur ki, Ermənistandan Rusiyaya ixrac edilən məhsulları birbaşa maşınlardan alsınlar. Belə olarsa, o zaman Ermənistan istehsalı olan mallar üçün bazar axtarmağa ehtiyac qalmaz. Bu, həmin məhsulalrın daha tez və çevik satışına da kömək edər. Bu baxımdan Ermənistandan gələn yük maşınları haqqında ermənilər arasında məlumatlandırmanı təmin etmək üçün social şəbəkələrin imkanlarındna itifadə etmək tövsiyə edilir.

Müraciətdə Rusiyadakı ermənilərdən yalnız Ermənistan istehsalı olan məhsullarr almaq xahiş olunur.

Məlum müraciət “Food City” olayından sonra düşmənin  Rusiyada azərbaycanlılara və Azərbaycana qarşı iqtisadi müstəvidə cəbhə almağa başladığını göstərir.  Bu isə Ermənistanın öləmizə qarşı yalnız səngərlərdə deyil, bütün müstəvilərdə mübarizəyə cəhd göstərməsinin bariz nümunəsidir.

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …