Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Azərbaycanlı xanım Tatarıstanda nazir təyin edildi – FOTO

Azərbaycanlı xanım Tatarıstanda nazir təyin edildi – FOTO

Tatarıstan prezidenti Rüstəm Minnixanov əslən Azərbaycandan olan İradə Əyyubovanı mədəniyyət naziri təyin edib.
İradə Əyyubova bundan əvvəl Tatarıstan Arxiv İşləri Dövlət Komitəsinin rəhbəri olub. Baş nazir Aleksey Pesoşin İradə Əyyubovanı kollektivə təqdim edib.
Qeyd edək ki, İradə Əyyubova 2005-ci ildən 2006-ci ilə qədər Kazan sahibkarlığın dəstəklənməsi komitəsinin sədri vəzifəsini icra edib. 2008-ci ildən 2011-ci illə qədər mədəniyyət nazirinin müavini , 2011-ci ildən 2015-ci ilə kimi isə Tatarıstan Respublikasının mədəniyyət nazirinin birinci müavini olub.
Əməkdar iqtisadçı olan İ. Əyyubova 2016-ci ilin mayında Tatarıstan Arxiv İşləri Dövlət Komitəsinin rəhbəri təyin edilib.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …