Ana səhifə / Dünya / “Azərbaycanlı oğlanı ABŞ seçkilərinə müdaxilədə ittiham edirlər”

“Azərbaycanlı oğlanı ABŞ seçkilərinə müdaxilədə ittiham edirlər”

Azərbaycanlı müğənni və biznesmen Emin Ağalarov “Vice News” telekanalına müsahibəsində bəyan edib ki, o, heç vaxt ABŞ-da seçkilərin nəticələrinə təsir etmək istəməyib. 

Sputnik Azərbaycan xəbər verir ki, müsahibənin bir hissəsi telekanalın rəsmi səhifəsində yerləşdirilib.

“Məni ABŞ seçkilərinə müdaxilədə günahlandırdılar. Bu, olduqca qəribə səslənir. Məni, Moskvada yaşayan Azərbaycandan olan oğlanı. Çünki mən Donald Trampı şəxsən tanıyıram. Bu, olduqca qəribə və gülməli ittihamdır” — deyə müğənni bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın böyük oğlu, atasının namizədliyi təsdiq olunduqdan sonra kampaniyaya faydalı məlumat əldə etmək ümidi ilə, Hillari Klintona zərər verə biləcək məlumatlar olduğunu iddia edən bir rusiyalı vəkillə görüşdüyünü təsdiq edib.

Görüşdə Ağ Evin hazırkı müşaviri, Donald Trampın kürəkəni Cared Kuşner və Tramp kampaniyasının həmsədri Pol Manafort da iştirak edib. Trampın oğlu onu da əlavə edib ki, atası bu görüşdən xəbərsiz olub. “Reuters”in yaydığı məlumata görə, Trampın oğlu ilə Veselnitskayanın görüşünə müğənni-bəstəkar Emin Ağalarov da vasitəçilik edib.

Tramp ailəsinin Ağalarovlar ailəsi ilə tanışlıq tarixi 2013-cü ildən başlayıb. Həmin vaxt Moskvada “Miss Vselennaya 2013” müsabiqəsi keçirilirmiş. Həmin vaxt Ağalarovların təklifi kiçik Trampı maraqlandırıb. Ata Tramp isə Eminin məşhur kliplərindən birində şirkətin prezidenti obrazını canlandırıb.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …