Ana səhifə / Dünya / Azərbaycanlı bəstəkarın mahnısı Qırğızıstanın “Qızıl fond”unda

Azərbaycanlı bəstəkarın mahnısı Qırğızıstanın “Qızıl fond”unda

Azərbaycanlı bəstəkarın bəstələdiyi “İssık-kul” mahnısı Qırğızıstan Dövlət Teleradio kampaniyasının “Qızıl fond”una qəbul edilib. Nüfuzlu mədəniyyət, incəsənət və ədəbiyyat adamlarından ibarət Bədii Şura üzvlərinin yekdil qərarı ilə bəyənilərək mahnı fonda daxil olunmuşdur.
“Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun layihəsi əsasında hazırlanmış “İssık-kul” mahnısının sözləri Leyla xanım Əliyevaya, musiqisi professor Abbasqulu Nəcəfzadəyə məxsusdur. Şeiri qırğız dilinə akademik Osmonakun İbraimov tərcümə etmişdir. Mahnını Qırğızıstanın Əməkdar artisti Qulzinat Surançiyeva qırğız dilində lentə almışdır. Xatırladaq ki, “İssık-kul” mahnısı Azərnaycan bəstəkarlarının ilk mahnısıdır ki Qırğızıstan Dövlət Teleradiosunun “Qızıl fond”una daxil olunub.
Yaxın vaxtlarda Qırğızıstanda keçiriləcəyi nəzərdə tutulan “İssık-kul – Türkün inci dünyası” adlı festivalda “İssik-kul” mahnısı müxtəlif dillərdə nümayiş ediləcək. Bu mahnı ondan çox dildə (Azərbaycan, türk, qırğız, özbək, ərəb, italyan, rus, ingilis, fars, ivrit və dağ yəhudiləri) və dünyanın 20 tanınmış müğənnisi tərəfindən oxunub və böyük bir coğrafi ərazidə yayılmışdır.
İnanırıq ki, “İssık-kul” mahnısı ilə Azərbaycan musiqi mədəniyyətinin Qırğızıstanda təbliği turistik məkan kimi Türk dünyasının incisi sayılan İssık-kulun müxtəlif xalqlar arasında daha da cəlbedici olmasna xidmət edəcəkdir.
Xatırladaq ki, Qırğızıstan Respublikası Teleradio kampaniyasının “Qızıl fondu”na daxil edilən mahnılar mərhələli müzakirələrdən keçir. Bədii şuranın üzvlərini sadalamaq kifayətdir ki başa düşəsən mahnı necə ciddi qiymətləndirmələrdən sonra “Qızıl fonda” qəbul edilir:

  1. Sardarbek Cumaliyev – Xalq artisti, dirijor
  2. Anarbek İbrayev – Xalq artisti, şair, Toktoqul adına Dövlət mükafatı laureatı
  3. Kıyalbek Urmanbetov – Xalq şairi
  4. Adılcan Abdullayev – Əməkdar incəsənət xadimi, bəstəkar
  5. Turdubek Çokiyev – Əməkdar incəsənət xadimi, KR Bəstəkarlar İttifaqının sədri, Toktoqul adına Dövlət mükafatı laureatı
  6. Rafael Sarlıkov – Əməkdar artist, aranjimançı
  7. Karaqul Tilençiyev – Əməkdar artist, A.Maldıbayev adına Akademik Opera və Balet Teatrının baş xormeysteri
  8. Camila Mamatova. Bədii Şuranın sədri, Əməkdar incəsənət xadimi, musiqişünas
  9. Ceenqül İsakova – Məsul katib

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …