Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / Azərbaycandan 40 dəfə çox məhsul ixrac edən cırtdan dövlət – MÖCÜZƏLƏR ÖLKƏSİ…

Azərbaycandan 40 dəfə çox məhsul ixrac edən cırtdan dövlət – MÖCÜZƏLƏR ÖLKƏSİ…

Sinqapur – bu ölkə cırtdan dövlət sayılırdı, Bakının Qaradağ rayonunun ərazisindən də xeyli kiçik ərazidə yerləşir (700 kv km), 1965-ci ildə Malaziyadan müstəqillik əldə edəndə dünyanın ən kasıb ölkələrindən biri idi. Böyük, dahi insan Li Kuan Yu başçılığı ilə çox qısa zamanda dünyanın ən inkişaf etmiş ölkəsinə çevrilmişdi, hətta dünya düzəninin dəyişməsinə böyük təkan vermişdi. Belə ki, Çin dövlətinin rəhbərliyini islahatlara inandırmış, demək olar ki, Sinqapur islahatlar sistemini Çinə də tətbiq etməyə nail olmuş, bununla da kommunizmin çökməsinə gətirib çıxarmışdı (Sinqapur əhalisinin 70%-i Çin millətlərindəndi). Li Kuanın əsas islahat istiqamətləri:
1. Dil və təhsil. İlk qərarlardan biri başda ingilis dili olmaqla 4 dilin rəsmi dövlət dili və humanitar fənnlər istisna olmaqla bütün təhsil ocaqlarında tədris dilinin ingilis dili elan olunması, təhsil sisteminin tam yenidən qurulması, bu əsasda elmin idarə olunması və maliyyələşdirilməsi mexanizminin yenilənməsi;
2. Antikorrupsiya islahatları, dünyada bir nömrəli antikorrupsiya sisteminin (Agentliyinin) qurulması və böyük tədbirlərin həyata keçirilməsi;
3. Ölkənin faktiki olaraq sərbəst iqtisadi zonaya çevrilməsi, ofşorlaşdırılması, dünyanın top 100 şirkətlərinin, banklarının, investisiya şirkətlərinin ölkəyə dəvət olunması, onlara hər cür şərait yaradılması, bu əsasda böyük investisiyalar cəlb olunması, Sinqapur şəhərin dünya maliyyə mərkəzinə çevrilməsi. Hazırda Sinqapurda fəaliyyət göstərən bankların əksəriyyəti xarici banklardı və bank aktivlərinin həcmi 1,0 trilyon dollar ətrafındadı (müqayisə üçün Azərbaycan üzrə-17 milyard doll).
4. Pensiya sistemi tam islah olunmuş, fərdiləşmiş, hər bir şəxsə depozit hesabı açılmış, bu hesab həm də investisiya kimi istifadə olunmuş, ölkə istehlakçılıqdan sərmayəçi, istehsalçı topluma çevrilmişdir.
5. Ciddi intizam rejimi yaradılmış, ölüm hökmü hələ də saxlanıır, böyük cərimələr, cəza tədbirləri, hətta şallaq cəzası hələ də qalmaqdadır.
6. ABŞ və Avropa ilə ciddi və yüksək münasibətlərin qurulması və iqtisadi siyasətin bu ölkələrlə tam uyğunlaşdırılması;
7. Bu prinsip və qaydalara uyğun olaraq bütün digər sahələrin – vergi, maliyyə, səhiyyə və s. köklü islahatları.
Bu islahatıarın nəticəsi – Sinqapur dünyanın ən inkişaf etmiş ölkələrindəndir, Rusiyadan 1,3 dəfə çox, Türkiyə və Malaziyanın cəmindən 1,3 dəfə çox, Azərbaycandan 40 dəfə çox məhsul ixrac edir. Müstəmləkəsi olduğu Malaziyadan 2-2,5 dəfə böyük hərbi-texnoloji gücə malikdi.
P. S. Bizim Azərbaycan üçün tərtib etdiyimiz iqtisadi islahatlar proqramı təqribən 70% Sinqapur təcrübəsinə söykənir və tam əminəm ki, tətbiq olunsa nəticəsi və səmərəsi də eyni olacaqdı.
Saleh Məmmədov, 
keçmiş maliyyə naziri, tanınmış iqtisadçı alim, professor

Həmçinin oxuyun

Gürcüstan parlamenti ilk oxunuşda “rus qanunu”nu qəbul etdi

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.83 deputat “lehinə” səs …