Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Azərbaycanda müəllim işləyən FETÖ-çülər Afrikada TUTULDU – FOTO

Azərbaycanda müəllim işləyən FETÖ-çülər Afrikada TUTULDU – FOTO

MİT-in keçirdiyi əməliyyatla Fətullah Gülənin rəhbəri olduğu “FETÖ” terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 3 nəfər Orta Afrika ölkəsi olan Qabondan tutularaq Türkiyəyə gətirilib.
Unikal.org Türkiyə KİV-nə istinadən məlumatına görə, saxlanılan Osman Özpınar, İbrahim Akbaş və Adnan Demirönal İstanbul 22-ci Ağır Cəza Məhkəməsinə hakim qarşısına çıxarılıb. Onlar “silahlı terror təşkilatına üzv olmaq”, “təşkilata maliyyə yardımı etmək” maddələri ilə ittiham olunurlar. 
Qeyd edək ki, İbrahim Akbaş, Adnan Demirönal ifadələrində Qabondan əvvəl, Azərbaycanda müəllim kimi çalışdıqlarını bildiriblər.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …