Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / Azərbaycana qarşı növbəti təxribat- Fotolar

Azərbaycana qarşı növbəti təxribat- Fotolar

İşğal altındakı Dağlıq Qarabağdakı separatçıların lideri Bako Saakyan Brüsseldə peyda olub. 20 oktyabrda o, Brüsseldəki erməni katalikosu Birinci Aramla görüşüb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, görüş zamanı separatçı rejimlə diaspora, kilsə arasındakı əlaqələr müzakirə mövzusu olub. Həmçinin Dağlıq Qarabağın “inkişafı” istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi zərurətindən də danışılıb.

Görünən budur ki, B.Saakyan qondarma rejimin mövcudluğunu “həzm” etdirmək üçün canfəşanlıq edir. B.Saakyanla birgə Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” də Brüsselə gedib. 20 yanvarda Masis Mailyan Belçika Krallığının paytaxtında “Avropa Birliyi-Artsaxın əməkdaşlığı” mövzusuna həsr olunmuş tədbirdə iştirak və çıxış edib. Məlumata görə, separatçılara tribuna verən bu tədbir “Ermənistanın avropalı dostları” tərəfindən təşkil edilib. Dəyirmi masada Dağlıq Qarabağın “ombudsmanı” Tuben Melikyan da iştirak edib və Azərbaycan əleyhinə iddialar səsləndirib.

Hər halda terrorçu mahiyyətli qurumun təmsilçilərinin dəstə-dəstə Avropanın mərkəzinə axışması və onlara tribuna verilməsi səbəbsiz deyil. Şübhəsiz ki, Azərbaycan – Avropa Birliyi arasında davam edən əməkdaşlığa xələl gətirmək üçün düşünülüb. Xatırladaq ki, Azərbaycan rəhbərliyi gələn ay Avropa Birliyinin Brüssüel zirvəsinə qatılacağını bəyan edib. Deməli, separatçıları Brüsselə yığıb onlara tribuna verənlər Azərbaycan-Avropa Şurası münasibətlərindəki gərginliyin ardınca Bakı-Brüssel münasibətlərini də korlamaq istəyirlər. Qarabağ separatçılarının Brüssel səfərinə yəqin ki, rəsmi Bakının da münasibəti olacaq.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …