Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / Dünya / Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında – Kütləvi etiraz

Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında – Kütləvi etiraz

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında Qarabağ separatçısı Mixail Avaqyana büstün qoyulmasına etiraz olaraq azərbaycanlıların kütləvi aksiyası keçirilir.


Azinforum.az “Report”a istinadən xəbər verir ki, aksiya iştirakçıları büstün ucaldılmasını qanunsuz adlandıraraq onun götürülməsini tələb edirlər.
Aksiyada azərbaycanlı gənclər, tələbələr, iş adamları ilə yanaşı, gürcü gənclər, politoloqlar, Abxaziya müharibəsinin veteranları da iştirak edirlər.
Etirazçılar əllərində Azərbaycan və Gürcüstan bayraqlarını tutublar. Onlar bildirirlər ki, Mixail Avaqyana büstün qoyulması Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək məqsədilə ermənilərin həyata keçirdiyi növbəti təxribatdır.

Həmçinin oxuyun

Ərdoğandan ermənilərə tərs şillə – VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə təşkil olunan Arxiv simpoziumunda Fransaya, xüsusilə Fransa prezidenti Emmanuel …