Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / Dünya / Azərbaycanlı Ukraynanın prezidenti ola bilər

Azərbaycanlı Ukraynanın prezidenti ola bilər

Ukrayna Mərkəzi Seçki Komissiyasının yanvarın 21-də keçirilən iclasında ölkənin Fiskal Xidmətinin sabiq rəisi, əslən azərbaycanlı Roman Nəsirovun prezidentliyə namizədliyi qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna MSK-nın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, MSK, həmçinin Aleksandr Şevçenkonun prezidentliyə namizədliyini qeydə alıb. Bununla da Ukraynada prezidentliyə namizədlərin sayı 12-yə çatıb.

Xatırladaq ki, Ukraynada seçki kampaniyasına dekabrın 31-dən başlanılıb. Prezident seçkiləri martın 31-də keçiriləcək.

Həmçinin oxuyun

Türkiyə ilə İran arasında mühüm razılaşma imzalandı

İran İslam respublikasında səfərdə olan Türkiyənin daxili işlər naziri Süleyman Soylu həmkarı Əhməd Vahidi ilə …