Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Dünya / Azərbaycanlı deputatın obyektini müharibədən qayıdan rus əsgər yandırıb

Azərbaycanlı deputatın obyektini müharibədən qayıdan rus əsgər yandırıb

Polis Kostromada “Poliqon” gecə klubunun yandırılmasında şübhəli bilinən şəxsi saxlayıb. 
Qaynarinfo xəbər verir ki, onun Sverdlovsk vilayətindən olan 23 yaşlı əsgər Stanislav İonkin olduğu ortaya çıxıb. Bundan əvvəl o, Ukraynadakı müharibədən qayıdıb.
“112” “Telegram” kanalının məlumatına görə, ziyarətçilərlə münaqişə zamanı İonkin “Ovçu siqnalı” qurğusunu çıxararaq tavana atəş açıb. Yanğın başlayıb, nəticədə müəssisə yanaraq kül olub, 15 nəfər ölüb. Hərbçinin özü qaçıb, polis onu hadisə yerindən 6 kilometr aralıda saxlayıb.

“Baza”nın məlumatına görə, İonkin Ukraynada döyüşüb. Avqustun 22-də atışma zamanı ayağı sınıb, sentyabrda Rusiyaya qayıdıb. O, Kostromaya hərbi komissiyadan keçmək üçün gəlib, burada gələcək xidməti məsələsi həll olunmalı idi. Sverdlovsk vilayətində İonkinin arvadı və iki uşağı qalıb.
“VÇK-OGPU” “Telegram” kanalının məlumatına görə, hərbçilər tez-tez “Poliqon” klubuna baş çəkiblər: klubun yanında Radiasiya, Kimya və Bioloji Mühafizə Hərbi Akademiyası, eləcə də hərbi hissə yerləşir.
Qeyd edək ki, “Poliqon”un sahibi Kostroma vilayət dumasının “Vahid Rusiya” partiyasından deputatı, milliyətcə azərbaycanlı İxtiyar Mirzəyevdir. O, 1969-cu ildə Azərbaytcanın Yardımlı rayonunun Osyatır kəndində anadan olub.

Həmçinin oxuyun

Ukraynada döyüşən və ölən qadın hərbçilərin sayı açıqlandı

Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri 101 ukraynalı qadın hərbçi həlak olub. Bu barədə Ukraynanın müdafiə …