Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Dünya / Azərbaycanlı ər-arvad 200 ədəd porsuq dərisi ilə yaxalandı

Azərbaycanlı ər-arvad 200 ədəd porsuq dərisi ilə yaxalandı

İstanbulun Atatürk hava limanında külli miqdarda porsuq xəzini Türkiyəyə qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edən azərbaycanlı ər-arvad saxlanılıb.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Atatürk hava limanının gömrük xidməti əməkdaşları Ukraynanın Odessa şəhərindən gələn Azərbaycan vətəndaşı Ş.A.-nın və ərinin hərəkətlərindən şübhələnib. Gömrük əməkdaşları onları izləməyə başlayıb və aerportun Xarici Xətlər Terminalında saxlayıb. Onların yükünə baxış keçirilərkən vakkum paketlərə qablaşdırılmış halda 200 ədəd porsuq xəzi aşkar edilib. Aşkar edilən xəzin bazar qiymətinin 45 min TL-dən çox olduğu bildirilir. Azərbaycanlı ər-arvadın barəsində müvafiq tədbirlər görülüb, qaçaqmal müsadirə olunub.

Həmçinin oxuyun

46-cı: indiyədək ABŞ -a rəhbərlik edənlərin siyahısı

Yanvarın 20-də Cozef Bayden paytaxt Vaşinqtonda təşkil edilən inauqurasiya mərasimində and içərək ABŞ prezidenti kimi …