Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Dünya / Azərbaycanda lüks qocalar evi açılıb

Azərbaycanda lüks qocalar evi açılıb

Dünyanın lüks qocalar evləri barədə bilmədiklərimiz

Artıq Azərbaycanda da lüks qocalar evi açılıb. “Yeni Müsavat”a daxil olan məlumata görə, bu qocalar evində şərait, şərtlər lüks səviyyədədir və əsasən imkanlı təbəqə yaşlı valideynlərini, yaxınlarını burada yerləşdirir. Amma həmin məkanın yeri, adı və sair kimi detallar açıqlanmır. Buna səbəb ölkəmizdə qocalar evi ilə bağlı mental yanaşmalardır.

Amma dünyadakı sosial iqtisadi və mədəni inqilabla birlikdə 1960-cı illərin əvvəllərindən bəri təqaüd anlayışı iş dünyası lüğətində geniş yer edib. Əgər təqaüdə çıxan insanın bir evi yoxdursa, qurulan xəyal əsasən evlə bağlıdır. Səssiz, sakit bir bölgədə, bağçalı, kiçik, şirin bir ev: Uşaqlarınız artıq sizdən ayrılıb, həyat yoldaşınızla birlikdə qalan ömrünüzü keçirəcəyiniz xoşbəxt bir yuva.

Bəzi insanlar isə həyat yoldaşını da itirmənin verdiyi yalnızlıqla qocalar evində özlərini xoşbəxt hiss edirlər. Buradakı sosial ortam onlara daha cazibədar görünür. Əslində, qocalar evi də keçmişlə müqayisədə çox dəyişib və inkişaf edib. Təqdim etdikləri lüks şərtlər dərhal gözə dəyir.

Dünyanın ən lüks qocalar evlərini və fərqli konseptlərlə bu məqsəd üçün təşkil edilən evləri barədə məlumatları təqdim edirik.

Aylıq 4.600 dollarlıq qocalar evi

San Fernando bölgəsində yer alan “Sherman Oaks” İstirahət Mərkəzi zəngin fəaliyyətləri və imkanlara sahib təqaüdçülərdən ibarətdir. Kənd fitness, spa, lüks hotel səviyyəsində xidmətlər və olduqca zəngin mətbəxi ilə tanınır. Bir kitabxana və böyük hovuza sahib olan kənd mükəmməl bir rahatlıqda atmosfer təqdim edir.

Hər evdə, ev aurasının iqlim nəzarəti və həftəlik təmizlik xidmətləri həyata keçirilir. Qocalar evi mütəxəssisi Senior Resource qrupu tərəfindən inkişaf etdirilən Sherman Oaks, ona tam olaraq 90 milyon dollara başa gəlib. Ayda 4.600 dollardan başlayan ev kirayələri ilə məşhur olan mərkəz lüks bir hotellə müqayisə olunacaq qədər gözəl xüsusiyyətlərə malikdir.

Aylıq 5.850 dollarlıq qocalar evi isə Amerikadadır. Nyu-Yorkda yerləşən “Atria Rye Brook” qocalar evi sakinləri üçün bir ailə təşkil etmək istəyir. Qocalar evi lüks, geniş, özəl otaqları, restoran səviyyəsindəki mətbəxi ilə yüksək səviyyədə xidmət təqdim edir. Vestchester yaxınlığındakı Pleasant Gölünün cənubunda yer alan qocalar evində idman salonu, gözəllik salonu, açıq və qapalı üzmə hovuzu kimi lüks seçimlər mövcuddur. Atrianın genişmiqyaslı xidmət və təsis xidmətləri aylıq 5850 dollardan başlanır.

“Somerset House” – Oak Harbor/Florida

Aylıq 7.600 dollar.

5 ulduzlu konseptə sahib olan “Somerset House”, qolf sahələri, hovuzu özündə birləşdirən təsisatla geniş bir xidmət təklif edir. Sakinlərinin həyat keyfiyyətini artırmaq üçün sağlam həyat proqramları ilə birlikdə, qidalanma və fitnes üçün məsləhətçi də hazırlayır. Lüks qonaqlama seçimləri olaraq villalar və evlər yer alır. Qiymətlər müstəqil yaşayacağınız villa və ya qocalar evi üçün aylıq 7.600 dollardan başlanır.

Картинки по запросу “Somerset House” - Oak Harbor/Florida

“Vivante” – Kaliforniya

Aylıq 11.000 dollar.

185 otağa sahib olan Vivante, 62 milyon dollar inşa edilib. Sakinləri üçün ultra lüks bir həyat tərzi təqdim edir. Yaşlılıar üçün fitness və fizik müaicə imkanları, geniş, gözəl peyzajlı bağçalar, 24 saat qulluqçu xidməti, keyfiyyətli yemək və digər sosial fəaliyyət imkanlarını tapa bilərsiniz. Bu, kifayət deyilsə, qapalı duzlu su hovuzunu da sınaqdan keçirə bilərsiz.

Картинки по запросу “Vivante” - Kaliforniya

“Valencia Shores” – Florida

Ev 625.000 dollar.

Lake Vorth yaxınlığında yerləşən “Valencia”da isə; hovuz, 24 saat təhlükəsizlik, tennis meydançası, sənət və əl sənətləri studiyası, jakuzi, spa kimi özəlliklərə sahibdir. 2.787 kvadrat metrlik klub binası və 1.143 kvadrat metrlik evə sahibdir. Evlərin qiyməti isə təxminən 625.000 dollardan başlayır.

Картинки по запросу “Valencia Shores” - Florida

Silverstone/Arizona

Aylıq 650.000 dollar.

Yaşlılar üçün bu lüks cəmiyyət iki variant təqdim edir. Bir mülkü tamamən satın ala bilərsiniz və ya sonradan geri qaytarmaq şərti ilə start məbləği ödəyərək, aylıq kirayələr ödəyə bilərsiniz. Hər iki durumda da ev üçün lazım olan məbləğ qarşılanmış olur. Silverstoneda yerləşən qocalar evi təmizlik və əyləncə tədbirləri ilə bərabər bir neçə özəl xidmət də təqdim etməkdədir.

Картинки по запросу Silverstone/Arizona

“La Jolla” Mərkəzi Kaliforniya

Aylıq ev 754.000 dollar.

Arizona Silverstondakı “La Jolla Village Vi”, sakinlərinə 754.000 dollara evləri satmaqdadır. Bu özəl yerləşmə sahəsi hər ev üçün lüks comfort, San Diego şəhər turları, həftəlik təmizlik, 24 saat təhlükəsizlik, qapıçı xidməti və sağlam yemək təklif edən təsislər kimi geniş imkanlar təqdim edir.

Картинки по запросу “La Jolla” California

“Trilogy – Encanterra”/Arizona

Ev 776.882 dollar.

Encanterradakı “Trilogy” paytaxt Phoenixin 64 kilometr cənub şərqində yer alan və sakinlətinə 55-dən aşağı yaş məhdudiyyəti qoyan bir cəmiyyətdir. Qolf sahəsinə çatımlılıq, gözəl bir restoranda yemək, 24 saat qulluqçu xidməti, qapalı üzmə hovuzu, idman salonu və saunalar təqdim edir. Fransız, italyan və ispan məzmunlu evlər 320.937 dollar və 776.882 dollar arasında dəyişən qiymətlərə sahibdir.

Похожее изображение

“Sun City Anthem” – Nevada

Ev 889.000 dollar.

2011-ci ildə ölkədəki ən lüks yaşlılar məkanı olaraq seçilib. Evlər 180.000 dollar və 889.000 dollar arasında dəyişən qiymətlərlə satışa çıxarılır. 7.144 evin hamısı lüks bir şəkildə dizayn edilib və Revere Golf Club ətrafında inşa edilib.

Картинки по запросу “Sun City Anthem” - Nevada

“Sarasota Bay Club” – Florida

Ev 1.8 milyon dollar.

“Sarasota Bay Club” ən lüks və hərtərəfli təqaüdçü evlərinə sahibdir. Ən yaxşı təchizatlarla, səhiyyə heyəti yenə bu cəmiyyətə xidmət verir. Ən ucuz evlər təxminən 350.000 dollardır və yalnız bir yataq otaqlılardır.

Sevinc TELMANQIZI,
Musavat.com

Картинки по запросу “Sarasota Bay Club” - Florida

Həmçinin oxuyun

Paşinyan ombudsmanı istefaya göndərmək istəyir

Ermənistanın hakim “Mənim addımım” fraksiyası ombudsman Arman Tatoyanın istefasını istəyir. Bu barədə “Joxovurd” yazıb. “Söhbət …