Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Dünya / Azərbaycan və Gürcüstandan 300 milyon dollar çıxarıblar…

Azərbaycan və Gürcüstandan 300 milyon dollar çıxarıblar…

Estoniyada “Danske Bank”ın yerli şöbəsinin 10 əməkdaşı Azərbaycan və Gürcüstandan 300 milyon avronun “yuyulmasını” təşkil etdikləri üçün həbs olunublar. Virtualaz.org xəbər verir ki, bu barədə ötən gün dekabrın 19-da keçirdiyi mətbuat konfransında Estoniyanın Mərkəzi kriminal polisinin rəhbəri Ayvar Alavere bildirib.

Onun sözlərinə görə, saxlanılanlar əvvəllər “Danske Bank”ın bölməsində işləyiblər və VİP-müştərilərə xidmət göstəriblər. Onların bank üzərindən iri məbləğlərdə pulların yuyulmasında iştirak etdikləri müəyyən olunub.

Saxlanılan şəxslərin Azərbaycan və Gürcüstandan 300 milyon avro məbləğində pulu “yuduqları” bildirilir. Saxlanılanlar arasında “Danske Bank”ın eston şöbəsinin keçmiş rəhbəri Ayvara Rehenin adı yer almır.

Estoniyanın baş prokuroru, mətbuat konfransında iştirak edən Lavli Perlinq isə deyib ki, saxlanılanların hamısı əvvəllər “Danske Bank”ın müştəri-menecerləri olublar və onların vəzifələrinə çirkli pulların yuyulmasına qarşı mübarizə də daxil idi.

Baş prokurorun bildirdiyinə görə həmin 300 milyon avronun Gürcüstandan daxil olan hissəsi dələduzluq yolu ilə ələ keçirilmiş pullar olub. Azərbaycandan daxil olan pullar isə vergi cinayətləri yolu ilə əldə edilib. Lavli Perlinq bundan artıq informasiya verməyin mümkün olmadığını deyib. O, qeyd edib ki, beynəlxalq tərəfdaşlıq və dövlətlərarası münasibətlər baxımından bu cür məsələlərdə məxfilik qorunmalıdır. “Bu baxımdan biz başqa dövlətin də maraqlarını nəzərə almalıyıq”-o deyib.

Xatırladaq ki, bu ilin sentyabr ayında “Financial Times” qəzeti təkcə bir il ərzində “Danske Bank”ın eston şöbəsindən qeyri-rezidentlərin 30 milyard avroya yaxın pul köçürdüklərini yazıb. Həmin pullar Rusiya və digər keçmiş sovet respublikalarından daxil olub.

Baş prokuror Perlinq onu da deyib ki, saxlanılanların 1 milyon avroluq aktivlərinə həbs qoyulub. O, həbslərin arta biləcəyini vurğulayıb.

Həmçinin oxuyun

Bayden Trampın qərarlarını ləğv etdi: Müsəlman ölkələrinə qadağa qaldırıldı

ABŞ-ın 46-cı prezidenti seçilən Co Bayden hakimiyyətinin ilk günündən özündən əvvəlki dövlət başçısı Donald Trampın …