Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Dünya / Azərbaycan – Türkiyə: bir millət, bir seçim

Azərbaycan – Türkiyə: bir millət, bir seçim

Bir ölkənin məcburən aldığı qərarları Qərbin totalitar nəzarət və təftiş müvəkkilləri tanımaya bilər, lakin hər dövlət öz siyasi quruluşunu təyin etməkdə azaddır. İndi böyük Mustafa Kamal dövrünə qayıdanları tanıyıram ki, elə o vaxtdan Amerika və ingilis imperiyasının Türkiyə Cümhuriyyəti içərisində basdırılmış minaları barmaqla göstərir və bir milləti xaricdən necə ələ keçirə biləcəklərinin gerçək bəlgələrini verirlər. Biz o dövrə qayıtmırıq. Amma 2016-ci ilin çevriliş cəhdindən sonra Türkiyənin qeyri-müəyyənlik zolağına daxil olduğunu deyənlər və Ərdoğanı devirməyə qalxanların uğura qovuşacaqları halda ötən əsrin qeyri-sabit bir quruluşunu qarşılarına aldıqlarını söyləyənlər haqsız deyildilər.

Fətullah Gülənin Pensilvaniyadan hakimiyyətə gələcəyini gözləyənləri şeytan və macərapərəsət saya bilərdiniz. Amma Qərb Türkiyəni ələ keçirməyə hazır idi. Ecevitdən Ərbakana qədər uzun bir zamanda Vaşinqtondan yönlənən bir üsul-idarəni dəyişmək AK partiyanın bir nömrəli vəzifəsiydi. Əks halda nəinki iqtidarı itirər, bütövlükdə gərgin bir regionda hökmran mövqeləri qazanmış bir dövlət əldən gedər və daxili qarşıdurmalar içərisində boğulardı.

Ona görə Ərdoğan böyük liderlik fəhmi ilə konstitusion dəyişikliyə gedib xalqı özünə köməyə çağırdı. Bəli, referendum çətin keçdi. Lakin son 13 ildə 8 seçkini qazanmış bir partiya millətdən səs alıb Ana qanunu dəyişdirməyə nail oldu və baş nazirin rolunu “ingilis kraliçası” səviyyəsinə endirib “feli vəziyyəti hüquqi duruma” dəyişməyi bacardı. İndi yalnız o qalırdı ki, AK partiyanın lideri özü üçün az qala bərabərliklə tamamlanan ümumxalq səsverməsinin nəticələrinin yorğunluğundan və uğurlu qambitlərdən sonra erkən seçimlərə getməyin yolunu açsınlar. Bu yerdə Suriya adlı qır qazanı bir vaxtlar Fələstin ətrafında ingilis ordularını məğlubiyyətə uğradan Səlahəddin Əyyubinin qələbələrini təkrarlamaq üçün əla fürsət idi. Onu təkcə sərhəd təhlükəsizliyi üçün deyil, itirilmiş xalları bərpa etmək naminə bonapartcasına qazanmaq gərək idi.

Afrin döyüşləri Ərdoğanı əsl cəngavərə çevirdi. Bütün dünya ilə savaş verən bir ölkənin orduları Suriyanı bölən supergüclərlə baş-başa gəlib ona düşən payı götürdü. Sadə xalqın nəzərində Əyyubinin və ya Ərdoğanın kral Riçardı Qüdsdən qovması arasında heç bir fərqi qalmadı.

Indi MHP liderinin dili ilə səsləndirilən növbədənkənar seçkiləri qazanmaq üçün bütün tərəfdarlarını toparlamaq o qədər də çətin deyil. Arxasında böyük hərbi qələbələr qoyan və daxildə nəhəng dini ideologiyanı hakimiyyət maraqları üçün istismar edən bir lider çox rahatlıqla Dövlət Baxçalı ilə gizli razılaşmasını ictimailəşdirməyə qərar verdi. Çox dəqiq və incə bir sözləşməydi. Hər şey zərgər dəqiqliyi ilə ölçülüb-biçilmişdi.

ERKEN SEÇİM 1.jpg (24 KB)

66 gün sonra keçiriləcək seçkilərin qlobal səbəbləri bəllidir. Regional müharibələr daxildə sabit bir hakimiyyət modeli tələb edir. Müxalifəti də çağırırsan saraya və məxfi raporları onlara izah edirsən, Kilicdaroğlu da anlayış nümayiş etdirir, elə isə rəsmi vaxtı elan edib yenidən sandıq məbədinə baş vurmağa dəyər. Tarixdə Şarl de Qolun, Uinston Çörçilin belə qibtə edəcəyi siyasi savaş nümunələridir.Bir türk lideri müharibədən heç də asan olmayan 50 milyon seçici mənafe toqquşmlarından qalib ayrılaraq,siyasətin rekord sayılacaq yeni zirvələrini müəyyənləşdirir.

Bəs, Azərbaycan Türkiyənin dövlət şəklinə çoxmu təsir etdi? Doğrusu, müstəqilliyin ilk illərində bizim ölkəmizi də müxtəlif qonşu dövlətlərin idarəçilik şəklinə salmağı yamsılayanlar az qala hər addımda Türkiyədə daimi qovğa səbəbi olan parlamentli modeli irəli atırdılar. Hətta ötən əsrin 90-cı illərində Rusiya bir qədər əlini çəkib türk istiqbaratına meydan verəndə, səfir Altan Karamanoğlu vasitəsilə Tansu Çillər hökuməti Azərbaycanda çevriliş qovğalarında bir polis slahlılarının liderinə yatırım qoymuşdu. Lakin Kremli fəth edən siyasət patriarxı Heydər Əliyev Türkiyə ülküçülərinin dəstəklidiyi inqilabı və Rövşən Cavadovun arxasında gizlənənləri məğlub etdərək, qardaş ölkədən ixrac olunan inqilabların onların özlərinin əleyhinə çevrmişdi. Doğru Yol Partiyası o zamandan bəri öz üfüqünü itirərək hələ də “doğru yol”un harada olduğunu axtarmaqda davam edir.

ERKEN 3.jpg (100 KB)

Əvəzində indi Türkiyə Azərbaycanın-ondan sonra müstəqilliyini qazanan bir ölkənin özünü qorumaq üçün seçdiyi modeli və aldığı siyasi qərarları təkrarlamış kimi görünür. Kimin necə qiymətləndirməsi o qədər də önəmli deyil. Faktlar amansız olur. Referendum, Konstitusiya dəyişikliyi, prezidentlik müddətinin 7 illiyə müəyyənləşdirilməsi ,üsul-idarənin və keçmişdən qalan mirasın aradan qaldırılması və nəhayət, sandıq başına gedən bir ölkənin oxşar qərarı, hamısı bizim seçdiyimiz siyasi “yol xəritəsi” ilə tamam eynisidir. Hətta seçkilərin elan olunduğu tarix də 66 gün sonranı özündə ehtiva edir. Bakı seçimlərə fevralın 5-i tarixində start vermişdi.

Türkiyə sanki 80 milyonluq bir Azərbaycandır. Vahid bir idarəçilik sisteminə daşınılmasınn şahidləriyik. İlham Əliyevin liderliyi Türkiyə üçün yaxşı bir örnək nümunəsidir. Siyasətdə başlanan yeni bir dönəmin şərtlərini həssaslıqla qəbul etmək bacarığı heç nəylə ölçülməz. Yəni, xaricdən yönləndirilən bir ölkə halından çıxmaq üçün Azərbaycan lideri fövqəladə qərarlar alırdısa, deməli, Türkiyə hakim elitası da onlara seyrçi qala bilməzdi. Gerçəkdən “bir millət,bir seçim” halına gəldik.

ERKEN 4.jpg (31 KB)

Regionda yaşanan müharibələr iqtidarları hərəkətə keçirir və onlardan siyasi təqvimi dəyişməyi tələb edir. Ən qururlusu, müxalifətin tanıdığı oyun qaydalarını ayrıca vurğulamaq gərəkdir. Bir az öncə CHP qrup başqan vəkili Engin Altay çıxarılan qərara şərh verərkən “Habertürk” kanalından verdiyi açıqlamalar bizim antihakimiyyət manifestasiyasını düzənləyənlər üçün əsil nümunə ola bilər. O deyir ki,seçkilərə hazır olmayan qüvvə partiya sayılmaz. Ona görə də bir vaxtlar Türkiyənin gəlib bizə iqtidar seçəcəyinə ümid bəsləyənlər, İstanbul hava limanında hansısa arabaya Müsavat liderinin adının yazıldığı ilə öyünənlər indi Bakıdan Ankaraya gedən siyasi dalğaları görməzdən keçə bilməzlər. Sanki 100 il öncəki kimi ay-ulduzlu bayrağımız Türkiyə Cümhuriyyətinin və böyük Mustafa Kamalın zəfər yürüşünün baş simvoluna çevrilir.

Xeyirlisi, əziz türk qardaş və bacılar. Azərbaycan hər addımda sizlərə sabit dövlət quruluşu və güclü bir hakimiyyət arzulayır.Türkiyədə yaşanan hər siyasi qovğanın dalğası bizi də yarıb keçir. Ona görə sizin qələbəniz bizim də uğurumuzdur.

Təki,əziz millətimiz qalib gəlsin!

Həmçinin oxuyun

İranın yüksək rütbəli zabiti İraqda öldürüldü – KİV

“RT Arabic” telekanalı İraqdakı mənbələrinə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Müslüm …