Çərşənbə , Sentyabr 28 2022
Ana səhifə / Dünya / Azərbaycan sülhməramlıları əfqanlara kömək edirlər – VİDEO

Azərbaycan sülhməramlıları əfqanlara kömək edirlər – VİDEO

Əfqanıstanda xidməti vəzifələrini yerinə yetirən Azərbaycan sülhməramlıları yerli əhaliyə kömək edirlər.

Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Qeyd edək ki, Azərbaycan sülhməramlıları Əfqanıstanda Türkiyə sülhməramlıları ilə birlikdə paytaxt Kabilin hava limanının mühafizəsini təşkil edirlər.

Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı 20 noyabr 2002-ci il tarixindən Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərkibində fəaliyyət göstərməyə başlayıb. 15 yanvar 2008-ci il tarixdə Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı 40 nəfərə çatdırılıb. 2 oktyabr 2009-cu il tarixdə Azərbaycan Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin artırılması barədə qərar qəbul edib və 19 fevral 2009-cu il tarixindən Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatlarında Türk taboru tərkibində fəaliyyət göstərib. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, ISAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini təmin etmiş və patrul xidmətini həyata keçirib.

5 oktyabr 2010-cu il tarixində Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi ISAF üzrə əməliyyatlarında Azərbaycan Respublikası Sülhməramlı Qüvvələrinin töhfəsinin artırılması məqsədilə missiyaya əlavə olaraq 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə olmaqla, 4 zabit göndərib və sülhməramlı kontingentin sayı 94 nəfərə çatdırılıb.

Hazırda bu ölkədəki Azərbaycan sülhməramlılarının sayı 120 nəfərdir.

http://baku.tv/embed/42797

Həmçinin oxuyun

İranın keçmiş prezidentinin qızı HƏBS EDİLDİ

İranın sabiq prezidenti Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi həbs edilib. Bakupost.az xəbər verir ki, bu barədə …