Bazar , Yanvar 17 2021
Ana səhifə / Dünya / Azərbaycan “Dünyanın ən yaxşı ölkələri” siyahısında 5 pillə irəliləyib

Azərbaycan “Dünyanın ən yaxşı ölkələri” siyahısında 5 pillə irəliləyib

ABŞ-ın “U.S. News & World Report” jurnalı 2018-ci il üçün “Dünyanın ən yaxşı ölkələri”nin siyahısını tərtib edib.

APA-nın xəbərinə görə, Azərbaycan siyahıda 64-cü yerdə qərarlaşıb.

Ötən il reytinqdə 69-cu olmuş Azərbaycan bu göstərici ilə 5 pillə irəliləyib.

Siyahıya İsveçrə başçılıq edir.

Növbəti yerləri Kanada, Almaniya, Böyük Britaniya və Yaponiya tutur.

ABŞ 2017-ci ilə nisbətən bir pillə geriləyərək 8-ci olub.

Türkiyə ötən il olduğu kimi, bu il də siyahıda 36-cı sıradadır.

Postsovet ölklərindən Rusiya siyahıda 26-cı, Latviya 59-cu, Ukrayna 69-cu, Qazaxıstan 70-ci, Belarus isə 72-cidir.

Digər postsovet ölkləri, o cümlədən Gürcüstan və Ermınistan 80 ölkənin yer aldığı siyahıya düşə bilməyib.

Həmçinin oxuyun

Ordusu olmayan ölkələrin SİYAHISI

Bu ölkələr rəsmi olaraq silahlı qüvvələrə malik deyillər. Dünyanın müxtəlif yerlərində ordusu olmayan ölkələr var. …