Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Dünya / Avtobusda qadına qeyri-etik hərəkətlər edən şəxs belə döyüldü – Video

Avtobusda qadına qeyri-etik hərəkətlər edən şəxs belə döyüldü – Video

İstanbulda avtobusda gedərkən qadına təcavüz etmək istəyən şəxs döyülüb.

Türkiyə KİV-ləri xəbər verir ki, avtobusda ayaq üstə dayanan qadın arxasında dayanan şəxsin ona əli ilə toxunduğunu anladıqda qışqırmağa başlayıb. Həmin şəxs digər sərnişinlər tərəfindən qadından uzaqlaşdırılıb.

Avtobus növbəti dayanacaqda dayananda qaçmağa çalışan şübhəli şəxsi sərnişinlər yaxalayaraq döyüblər. Təcavüzə məruz qaldığını iddia edən qadın isə polis gələndə şübhəli şəxsdən şikayətçi olmayıb. Digər sərnişinlər hadisə yerindən uzaqlaşdıqdan sonra o, sərbəst buraxılıb.

Həmçinin oxuyun

İranın yüksək rütbəli zabiti İraqda öldürüldü – KİV

“RT Arabic” telekanalı İraqdakı mənbələrinə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Müslüm …