Çərşənbə , İyun 16 2021
Ana səhifə / Dünya / “Avroviziya”nın finalına bu ölkələr çıxdı – Video + Yenilənib

“Avroviziya”nın finalına bu ölkələr çıxdı – Video + Yenilənib

Niderlandın Rotterdam şəhərindəki “Ahoy Arena”da “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanı “Avroviziya”da təmsil edən Samirə Əfəndi səhnəyə 14-cü çıxaraq “Mata Hari” adlı mahnısını ifa edəcək.

Ölkəmizin rəqibləri Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltadır.

***

Müsabiqənin birinci yarımfinalında Azərbaycanın çıxışı oldu.

Qeyd edək ki, Samirənin çıxışından sonra bukmeyker proqnozunda Azərbaycan 18-ci pilləyə yüksəlib. 

*** 

Yarımfinalın nəticələrinə əsasən müsabiqənin finalına Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika və Ukrayna təmsilçiləri çıxıb.

Həmçinin oxuyun

“ABŞ çıxırsa, biz də çıxmalıyıq” – Kılıçdaroğlu

Türk əsgəri Talibanla üz-üzə qalmamalıdır.  Axar.az xəbər verir ki, bunu CHP sədri Kamal Kılıçdaroğlu deyib. “Amerikanın …