Cümə , Noyabr 27 2020
Ana səhifə / Dünya / “Avroviziya” haqqında qərar verildi – VİDEO

“Avroviziya” haqqında qərar verildi – VİDEO

Avropa Yayım Birliyi (AYB) “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin 2021-ci ildə Hollandiyanın Rotterdam şəhərində baş tutacağını təsdiqləyib. 

Bu barədə ötən gecə “İctimai Televiziya”nın canlı efirində yayımlanan “Europe Shine A Light” möhtəşəm mahnı şousu zamanı xəbər verilib. 

Daha sonra yayımçılar “Eurovision Mahnı Müsabiqəsi. Rotterdam – 2021” loqotipi ilə gələn ilin videoçarxını nümayiş etdiriblər. 

Qeyd edək ki, “Avroviziya 2020”nin martın 18-də koronavirus pandemiyası səbəbindən ləğv olunduğu elan edilib. Müsabiqə 12-16 may tarixində Rotterdamda keçirilməli idi. 

Bir neçə həftədən sonra təşkilatçılar iştirakçı ölkələrin istədikləri qaydada 2021-ci ildə keçiriləcək müsabiqədəki nümayəndələrini dəyişə və ya saxlaya bildikləri haqda məlumat veriblər. Belə olan halda isə onlar artıq yeni kompozisiyalarla çıxış edəcəklər. 

oxu.az

Həmçinin oxuyun

Yeni nazir yüz faiz Rusiyanın adamıdır: Bakıda təhsil alıb

Ermənistan hökumətində çoxsaylı istefalar fonunda müdafiə naziri David Tonoyanın istefası və Vaqarşak Arutyunyanın bu vəzifəyə …