Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Dünya / “Avrostat”: Aİ əhalisinin 9 faizi öz evlərini qızdıra bilmir

“Avrostat”: Aİ əhalisinin 9 faizi öz evlərini qızdıra bilmir

Avropa İttifaqı (Aİ) əhalisinin 9 faizi öz evlərini kifayət qədər qızdıra bilmədiyindən narazıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Statistika Bürosunun (“Avrostat”) 2016-cı ilə dair apardığı sorğunun nəticələrində deyilir. Bu göstərici 2012-ci ildə pik həddə çataraq 11 faiz olub. Lakin bu göstərici ötən bu illər ərzində azalıb və 2013-cü ildə 10,7 faiz, 2014-cü ildə 10,2 faiz və 2015-ci ildə 9,4 faiz təşkil edib.

“Avrostat” buna səbəb kimi Aİ-yə üzv bəzi ölkələrdəki yoxsulluğu göstərib. Bu ölkələr içində ən böyük payı 39 faizlə Bolqarıstan tutub. Bolqarıstanı 29 faiz ilə Litva və Yunanıstan, 22 faizlə isə Portuqaliya izləyib.

Lüksemburq və Finlandiya əhalinin ən azı 2 faizi də bu problemlə üzləşirlər.

Həmçinin oxuyun

“Azərbaycan və Ermənistan arasında mübarizə hər bir vergül üstündə gedirdi”

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda atəşkəs haqqında noyabr bəyanatının qəbul edilməsi ilə bağlı bəzi …