Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Dünya / Avropada builki fevral 100 il əvvəlkindən çox fərqli olub

Avropada builki fevral 100 il əvvəlkindən çox fərqli olub

Bu il Avropada son 186 il ərzində ən isti fevral ayı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ümumavropa Hidrometeorologiya Xidmətində bildirilib. Məlumdur ki, 1833-cü ildən başlayaraq, Ukkel (Belçika) şəhərində gündüz və gecə temperaturunun gündəlik qeydi aparılır. Həmin vaxtdan götürdükdə, cari ilin fevralı istiliyinə görə rekord sayılıb.

Bu il orta maksimal temperatur Selsi şkalasına görə 11,5 dərəcə təşkil edib ki, bu da 100 il əvvəllə müqayisədə təqribən iki dəfə yüksəkdir. Ümumi orta temperatur gündüz və gecə nəzərə alınmaqla, 7,0 dərəcə Selsi təşkil edib. 1833-cü ildən bəri həmin göstərici orta hesabla 3,7 dərəcə olub.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …