Çərşənbə axşamı , Aprel 7 2020
Ana səhifə / Dünya / Avropada bir gündə 1426 nəfər koronavirusdan ölüb

Avropada bir gündə 1426 nəfər koronavirusdan ölüb

Dünyada 292 min 142 nəfər koronavirusa yoluxub, 12 min 784 nəfər isə virusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında bildirilib.

Qeyd olunub ki, son sutka ərzində dünyada koronavirusa yoluxanların sayı 26 min 069, ölənlərin sayı 1600 nəfər olub.

Ən çox yoluxma halı Avropada qeydə alınıb. Belə ki, Avropada bir gündə 22,7 mindən çox insan koronavirusa yoluxub, 1426 xəstə dünyasını dəyişib.

Həmçinin oxuyun

Məşhur ekstrasenslə bank arasında qalmaqal – Tofiq Dadaşovun 420 min dolları geri qaytarılmır

Azərbaycanda fəaliyyət göstərmiş “Bank Standard”ın lisenziyası dörd ildir ki, ləğv olunub. Amma ora əmanət yatırmış …