Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / Avropa yenidən virusun episentri oldu

Avropa yenidən virusun episentri oldu

Avropa yenidən koronavirus pandemiyasının episentrinə çevrilib.

Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyadakı COVID-19-a yoluxmaların və ölüm hallarının yarısı bölgənin payına düşür. Bu, virusun İtaliyada ilkin pik həddinə çatdığı 2020-ci ilin aprelindən etibarən ən yüksək göstəricilərdir.

Bununla əlaqədar olaraq, bir sıra Avropa ölkələri Milad bayramı ərəfəsində COVID-19-un yayılmasının qarşısını almaq üçün məhdudiyyətlərin yenidən tətbiq edilməsi imkanını nəzərdən keçirir. Xüsusilə, Hollandiyanın Baş naziri Mark Rutte ölkədə üç həftəlik qismən qapanmaların tətbiq olunduğunu elan edib. Avstriyanın federal kansleri Aleksandr Şallenberq peyvənd olunmamış insanlar üçün ciddi təcrid barədə qərar veriləcəyini istisna etməyib. Dekabrın 1-dən İtaliya 40 yaşdan yuxarı insanlara peyvəndin üçüncü dozasını təklif edəcək.

Avropa İttifaqının məlumatına görə, Aİ ölkələri, həmçinin İslandiya, Norveç və Lixtenşteynin daxil olduğu Avropa İqtisadi Zonasında (AİB) əhalinin təxminən 65 %-i peyvəndin iki dozasını qəbul etsə də, son aylarda peyvəndləmə tempi azalıb. Qeyd olunur ki, Aİ ölkələrinin əksəriyyəti yaşlıları və immun sistemi zəif olan insanları əlavə (buster doza) vaksinasiyaya cəlb edir.

Həmçinin oxuyun

Vanqanın proqnozları ortaya çıxdı: May-dekabr aylarında dünyanı nə gözləyir?

Dünyaca məşhur görücü Vanqa 2024-cü ildə bir çox xoşagəlməz hadisələrin baş verəcəyini proqnozlaşdırıb. Lent.az xarici …