Çərşənbə axşamı , Aprel 23 2019
Ana səhifə / Dünya / Avropa Şurasının baş katibi Azərbaycanla bağlı suala cavab vermədi

Avropa Şurasının baş katibi Azərbaycanla bağlı suala cavab vermədi

Avropa Şurasının baş katibi Törbyorn Yaqland Azərbaycanla bağlı təxribat xarakterli sualı cavablandırmaqdan imtina edib.

“Report” xəbər verir ki, Niderlandın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Pieter Omtzigt Avropa Şurasının baş katibinə Azərbaycanla bağlı təxribat xarakterli sual verib.

T.Yaqland isə bildirib ki, niderlandlı avroparlamentari belə bir sualla ona üçüncü dəfədir müraicət edir: “Mən bu sualı iki dəfə cavablandırmışam. Artıq sual yersiz olduğundan onu cavablandırmayacağam”.

Həmçinin oxuyun

Robert Koçaryanın işi məhkəməyə göndərildi

Ermənistan Xüsusi İstintaq Xidməti sabiq prezident Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, baş nazirin …