Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Dünya / Avropa Şurası şəriət qanunlarına qarşı…

Avropa Şurası şəriət qanunlarına qarşı…

Britaniya müsəlmanları mülki qanun əsasında evlənməlidirlər

Strasburqda, Avropa Şurası Parlament Assambleyasında qəbul olunmuş qərar Böyük Britaniyanı şəriət qanunlarına qarşı sərt mövqe sərgiləməyə dəvət edir. Ənənəvi İslam nikahı mərasimindən öncə mülki nikahın kəsilməsinin vacibliyi vurğulanır.

İnsan hüquqları üzrə Avropa Konvensiyası qeyd edir ki, şəriət qanununa söykənən evliliklər pozulduqda “boşanma və miras işində qadınlar açıq şəkildə ayrı-seçkiliklə üzləşir”.

Şəriət qanunları ilə universal insan hüquqları arasında münaqişələri vurğulayan sənəddə deyilir ki, bu problem Albaniya, Azərbaycan və Türkiyədə də mövcuddur.

Bu sahə üzrə mütəxəssis olan vəkillər bildirir ki, bir çox müsəlman cütlük İslam törəni sonrasında vətəndaş nikahına daxil olmur. Bu isə gələcəkdə ciddi problemlər yaradır.

Sənəddə qeyd edilir ki, şəriat qanunları “Britaniya hüquq sisteminin bir hissəsi” deyil. Şəriət qanunu əsasında evlənənlər sonda elə həmin qanunlara əsasən də boşanmalı olur. Bu isə qadınların əleyhinə işləyir.

Elbəyi Həsənli, musavat.com

https://www.rt.com/uk/449685-sharia-muslim-legal-protections/

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …