Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Dünya / Avropa Parlamenti Gürcüstanın Aİ-yə üzvlüyündən imtina edə bilər

Avropa Parlamenti Gürcüstanın Aİ-yə üzvlüyündən imtina edə bilər

Avropa Parlamenti (AP) sabiq prezident Mixeil Saakaşvili həbsdə ölərsə, Gürcüstanın Avropa İttifaqına üzv olmaq istəyini təsdiq etməyəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın aparıcı fraksiyasını – Avropa Xalq Partiyasını təmsil edən polşalı deputat Yatsek Sariuş-Volski özünün tviter səhifəsində yazıb.

“Saakaşvili ilə Gürcüstanın Aİ-yə daxil olması perspektivləri arasında paralellər imperativdir! Bu hallar bir-birindən ayrılmazdır. Keçmiş prezident həbsdə qalacağı və həbsdə öləcəyi təqdirdə Avropa Parlamenti heç vaxt Gürcüstanın Aİ üzvlüyünə səs verməyəcək”, – avropalı parlamentari vurğulayıb.

Həmçinin oxuyun

“SOCAR Türkiyə” zəlzələ bölgəsindəki xilasetmə avtomobillərini pulsuz benzinlə təmin edir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” şirkəti Hatay, Adıyaman, Qaziantep, Kahramanmaraş …