Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Avropa ölkələrində yay vaxtına keçid ləğv olunur

Avropa ölkələrində yay vaxtına keçid ləğv olunur

Avropa Parlamentinin Strasburqda keçirilən iclasında Avropa İttifaqı ölkələrində yay və qış vaxtlarına keçid rejiminin ləğv olunmasına dair qərar qəbul olunub.

“Anadolu” agentliyinin məlumatına görə, parlament üzvlərinin 384-ü layihənin lehinə, 153-ü əleyhinə səs verib, 12 deputat bitərəf qalıb.

Prosedura əsasən, qərar Avropa komissiyasında dəyərləndiriləcək. Avropa İttifaqının sammitində müsbət nəticə əldə olunacağı təqdirdə məsələ üzv ölkələrin parlamentlərində müzakirəyə çıxarılacaq.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …