Cümə , Dekabr 4 2020
Ana səhifə / Dünya / Avropa ölkələrində koronavirus məhdudiyyətləri aradan götürülür

Avropa ölkələrində koronavirus məhdudiyyətləri aradan götürülür

Ölkə-ölkə son durum nədən ibarətdir?

Avropa ölkələri koronavirusa görə tətbiq etdikləri məhdudiyyətləri xəfiflədərək normal həyata qayıtma mərhələsinə keçir.

Musavat.com BBC Türkcəyə istinadən xəbər verir ki, gələn həftə ərzində bəzi ölkələrdə məhdudiyyətlərin aradan qaldırılması çərçivəsində bir sıra addımlar atılması planlaşdırılır.

Həmin addımlar hansılardır və hansı ölkələr karantin qaydalarının yumşaldılması üçün nələr edəcək?

1. Çexiyada pivəxanalar açılır

Prague pub, 11 May 20

Avropadakı bir çox ölkə ilə müqayisədə koronavirusdan nisbətən az təsirlənmiş Çexiya Cümhuriyyətində bazar ertəsindən etibarən yumşalma yeni mərhələyə keçir. Küçədə, ictimaiyyətə açıq məkanlarda maska taxmaq məcburiyyəti tətbiq edən ilk ölkələrdən olan Çexiya Cümhuriyyətində açıq havada maska taxmaq məcburiyyəti qısa bir müddət öncə ləğv olundu.

Dünyada adambaşına ən çox pivə istehsal edən ölkələrdən olan Çexiyada pivəxanalar yenidən açılır. Pivəxanalarda sosial məsafə qaydaları keçərli olacaq və qapalı məkanlarda maska taxmaq məcburiyyət halına gətiriləcək. Amma qapalı məkanlarda yemək yeyib-içənlərə maska taxma məcburiyyətinin necə tətbiq olunacağı qeyri-müəyyənliyini qoruyur.

Retiro Park, Madrid, 25 May 20

2. İspaniyada muzeylər açılır

Avropada koronavirus infeksiyasına görə ən sərt küçəyə çıxma qadağasını qüvvəyə mindirən ölkələr sırasında yer alan İspaniya yumşalmanı dörd mərhələdə keçməyi planlaşdırır. Böyük şəhərlərdə birinci mərhələyə, digər yerlərin böyük hissəsində isə ikinci mərhələyə bu həftə içində keçilməsi gözlənir.

Bu çərçivədə qarşıdakı həftə içərisində böyük şəhərlərdə parklar, muzeylər və digər mədəni obyektlər yenidən açılır.

İlk mərhələdə adıçəkilən məkanlara eyni anda gələn insanların sayının məhdudlaşdırılması gözlənir. Qapalı məkanların potensialının ən çox üçdə birini qəbul etməsi, açıq sahələrdəki insan sayının da 200 nəfərlə məhdudlaşdırılması planlaşdırılır.

Məhdudiyyətlərin azaldılmasının birinci mərhələsi əhalinin yarıdan çoxunu, həmçinin ölkənin Madrid və Barselona kimi ən böyük iki şəhərini əhatə edir.

Madrid və Barselonada barların terras hissəsinə mümkün olanın 50 faizi qədər sayda müştəri qəbul etməsinə və insanların da ən çox 10 nəfərlik qruplar halında görüşmələrinə icazə verilməyə başlanacaq.

Daha öncə ispanların yaş qruplarına görə müəyyənləşdirilən saatlarda evlərinə yaxın bir yerdə idman etmələri məqsədilə evdən çıxmalarına icazə verilirdi. İkinci mərhələyə keçən bölgələrdə isə çimərlik və üzmə hovuzlarının açılması planlaşdırılır.

3. İtaliyada idman salonları və üzmə hovuzları açılır

Gym in Castiglione della Pescaia, Italy, 19 May 20

Avropada bu infeksiyadan ən çox təsirlənən ölkələrdən digəri olan İtaliyada idman salonları və üzmə hovuzları bu həftə içərisində açılmağa başlayır. Amma buralarda çox ciddi gigiyena şərtləri və sosial məsafə qaydaları qüvvədə olacaq.

Ölkədə koronavirus infeksiyasının ən çox görüldüyü yer olan Lombardiya bölgəsi ilə yanaşı, cənubdakı Basilicata və Bolognada bu məkanların açılması təxirə salınıB. Lombardiyada idman zallarının açılması 31 maya qədər ertələnib.

İdman salonları və hovuzlar üçün tətbiq olunacaq qaydalar aşağıdakılar kimidir:

Soyunma otaqlarına eyni anda çox az sayda insanın girməsinə icazə veriləcək və insanların arasında 1 metr məsafə tutulacaq. İdman salonu və hovuzlara girərkən dezinfeksiyaedici maddələrin istifadə edlməsi və maska taxılması məcburi olacaq.

İdman salonlarında idman edəcək şəxslər arasında 2 metr məsafə qoyulacaq, qrupla həyata keçirilən idman fəaliyyətlərinə icazə verilməyəcək, amma maska taxmaq məcburi olmayacaq. Hər üzən insan üçün 7 kvadrat metrlik bir hovuz sahəsi ayrılacaq və hovuza girənlərin sayı məhdudlaşdırılacaq. Hovuz kənarındakı oturma sahələri arasında 1.5 metr məsafə qoyulacaq və məşqçilər üçün maska taxmaq məcburi olacaq.

4. Yunanıstanda adalara səyahətlərə icazə veriləcək

Mykonos seafront, 13 May 20

Yunanıstan adalara əsas sahil üzərindən ediləcək səyahətlərə icazə verməyə başlayır. Amma bu icazə turistləri şamil edilmir. İcazənin verilməsi ilə adalarda evi olan bir çox insanın buraya səyahət etməsi gözlənir. Bunun da iqtisadi baxımdan çətin günlər keçirən adaların iqtisadiyyatına müsbət təsir edəcəyi ehtimal olunur.
Adalara verilən səyahət icazəsi ölkə iqtisadiyyatının 20 faizini özündə birləşdirən turizmin yenidən dirçəlişi üçün də vacib bir addım kimi qiymətləndirilir.

Yunanıstanın Baş naziri Kyriakos Miçotakis keçən həftə verdiyi açıqlamada ölkəyə girişin xarici turistlər üçün 15 iyunda açılacağını bildirib.

Miçotakis Yunanıstana ediləcək uçuşların böyük bir hissəsinin 1 iyulda yenidən başlayacağını, otellərin yenidən fəaliyyət göstərəcəyini və xaricilərə yönəlmiş iki həftəlik karantin tətbiqinə son veriləcəyini açıqlayıb.

İspaniya hökuməti də xarici turizmə sərhədlərini iyuldan etibarən açmağı və xaricilər üçün iki həftəlik karantin şərtərini ləğv etməyi planlaşdırır. Turizm İspaniya hökumətinin gəlirlərinin 12 faizini təşkil edir. İtaliya da xarici turistləri 3 iyundan etibarən qəbul etməyə hazırlaşır.

5. Polşada məktəblər yenidən açılır

Children studying in Ciszyca Dolna, southeastern Poland, 24 Apr 20

Avropanın bir çox yerində məktəblər açılıb. Amma təhsil fəaliyyətlərinin yenidən başlamasının miqyası siniflərə və məktəblərə görə fərqlidir.

Polşa da bazar ertəsindən etibarən məktəbləri yenidən açan ölkələr arasına qatılır. Amma bəzi valideynlər uşaqlarını məktəbə göndərməklə bağlı özlərini rahat hiss etmədiklərini deyirlər. Polşada tədris ilinin 26 iyunda sonlandırılması planlaşdırılır.

Yenidən fəaliyyətə başlayacaq tədris müəəssisələri arasında ibtidai məktəblər və universitetlər də var. İbtidai məktəblərdə ən aşağı siniflər üçün məhdud sayda dərs saatları tətbiq ediləcək.

Universitetlərdə isə son kurslar üçün dərslərin yenidən başlanması gözlənir. Siniflərdəki tələbə sayı sosial məsafə qaydalarının tətbiq olunmasına imkan verəcək qədər məhdud olacaq.

Həmçinin oxuyun

Ermənistanda son üç gün ərzində süd məhsulları, çörək-un məmulatları və qida məhsulları kimi istehlak mallarının …