Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Dünya / Avropa Məhkəməsi: Hansı ölkədən nə qədər iş var?

Avropa Məhkəməsi: Hansı ölkədən nə qədər iş var?

Avropa İnsan Hüquqları Məhkəməsi yeni statistika açıqlayıb.

Novator.az bildirir ki, 2018-ci ildə Avropa Məhkəməsinin icraatında 56 min 350 iş olub.

Baxılması gözlənən işlərin 72%-i altı ölkənin payına düşür. Onlardan biri Azərbaycandır.

Ən çox iş Rusiya üzrə qeydə alınıb. Bu ölkəni Rumıniya, Ukrayna, Türkiyə, İtaliya və Azərbaycan izləyir.

Ötən il Rusiyanın əleyhinə 238, Türkiyənin əleyhinə 146, Ukraynanın əleyhinə 91, Rumıniyanın əleyhinə 82 qərar çıxarılıb.

Daxil olan şikayətlər üzrə Rusiya liderlik edir. 2018-ci ildə bu ölkədən Avropa Məhkəməsinə 12 min 150 şikayət daxil olub.

Həmçinin oxuyun

Ermənistan prezidenti Brüsselə gedib

Ermənistan prezidenti Armen Sarkisyan Brüsselə yola düşüb. Bu barədə TASS xəbər verir. Səfər zamanı Dağlıq …