Ana səhifə / Dünya / Avropa Komissiyası İrana qarşı sanksiyaları genişləndirə bilər

Avropa Komissiyası İrana qarşı sanksiyaları genişləndirə bilər

Avropa İttifaqının rəhbərliyi aprelin 14-nə keçən gecə İsrailə hücuma görə İrana qarşı sanksiyaların genişləndirilməsi məsələsinə baxacaq.

Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin bəyanatında bildirilib.

“Biz tərəfdaşlarımızla sıx koordinasiyada İrana qarşı əlavə sanksiyaları da nəzərdən keçirəcəyik. Xüsusilə dronların və raketlərin istehsalı proqramları ilə bağlı”, – Avropa Komissiyasının rəhbəri bildirib.

“Biz İsrail xalqına həmrəyliyimizi və dəstəyimizi ifadə edirik və onların təhlükəsizliyinə sarsılmaz sadiqliyimizi bir daha təsdiqləyirik. İranın hərəkətləri idarəolunmaz regional eskalasiyaya səbəb ola bilər”, – siyasətçi vurğulayıb.

Eyni zamanda, o qeyd edib ki, münaqişənin bütün tərəfləri maksimum təmkin nümayiş etdirməlidir.

Həmçinin oxuyun

Tbilisidə etirazçılar Rusiya bayrağını yandırıblar

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “xarici agentlər haqqında” qanuna etiraz bildirən nümayişçilər parlament binası yaxınlığında Rusiya …