Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Dünya / Avropa İttifaqının yeni rəhbəri Rusiya qazından asılılığın təhlükəli olduğunu söylədi

Avropa İttifaqının yeni rəhbəri Rusiya qazından asılılığın təhlükəli olduğunu söylədi

Almaniyanın populyar “Bild” qəzeti ölkənin keçmiş müdafiə naziri və Avropa Komissiyasının indiki sədri Ursula fon der Layendən müsahibə alıb.

Alman dövlət adamı jurnalistlər Yulian Rayhelt və Paul Rontshaymerə maraqlı açıqlamalar verib.

“Mən Avropa Birliyi içində ziddiyətlərin olduğunu anlayıram. Bunlardan biri də Şərq və Qərb arasındakı fikir ayrılıqlarıdır”,-deyə xanım fon der Layen bildirib.

Onun sözlərinə görə bütün bunları aradan qaldırmaq olduqca önəmlidir. Aİ sədri Mərkəzi və Şərqi Avropa ölkələrinin özlərinə daha çox diqqət yetrilməsini və maliyyə vəsaitlərinə çıxış əldə etmək istədiklərini deyib.

Fen der Layen İttifaq içində ən həssas məsələlərdən brinə -miqrasiya probleminə toxunub. 

Onun fikrincə burada hər hansı emosiyalardan kənarda durmaq lazımdır.

“Miqrasiya indinin məsələsi deyil və onun sadə həlli yoxdur. Biz miqrantların gəldiyi ölkələrə intensiv surətdə sərmayə qoymalı, terrorizmlə mübarizə aparmalı və insanlara perspektivlər bəxş etməliyik. Bundan başqa sərhədlərimizi “Frontex”in (Avropa Birliyinin xarici hüdudlarının təhlükəsizliyin təmin olunması üzrə agentlik) köməyi ilə mühafizə etməli, sığınacaq hüququ ilə bağlı qaydaları tənzimləyən Dublin sistemində islahatlar aparmalıyıq”,-deyə yeni sədr vurğulayıb.

Alman siyasətçi “Şimal axını-2” qaz kəməri ilə bağlı yaranan problemlər barədə danışıb. O, layihənin həm iqtisadi, həm də siyasi miqyasının olduğunu sölyəyib. Məlum olduğu kimi fon der Layenin də yer aldğı Angela Merkel kabineti həmin layihənin əsas tərəflərindən biridir. 

Lakin indi Aİ sədri Rusiya qazından asılılığın təhlükəli olduğunu dilə gətirir. 

“Rusiya bizim qonşumuzdur və bu həmişə belə qalacaq. Lakin Kreml zəiflyi bağışlamır. Buna görə də fikrimcə biz güc mövqeyindən çıxış edərək dialoqu davam etdirə biləcəyimizi qarşı tərəfin diqqətinə çatdırmalıyıq. Tətbiq olunan sankisyalar Rusiyanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozması nəticəsində ortaya çıxdı. Ona görə də situasiyanın yaxşılaşması Rusiyanın özündən asılıdır”,-deyə fon der Layen sərt danışıb. Musavat.com

Həmçinin oxuyun

Putin: Navalnını Qərb ölkələrində saxlanılan rusiyalılarla dəyişməyə razılaşmışdım, amma o öldü

Rusiya Prezidenti Vladimir Putin həbsxanada vəfat edən Aleksey Navalnın mübadiləsinə razılıq verdiyini söyləyib. Bu barədə …