Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Avropa İttifaqı Venesuelada Quaidonun hakimiyyətini tanıya bilər

Avropa İttifaqı Venesuelada Quaidonun hakimiyyətini tanıya bilər

Avropa İttifaqı (Aİ) yaxın vaxtlarda prezident seçkiləri elan olunmayacağı təqdirdə, Venesuela Milli Assambleyasının sədri Xuan Quaidonun müvəqqəti prezidentliyini tanıya bilər.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Federiko Moqerinin bəyanatında deyilir.

“Yaxın vaxtlarda yeni seçkilərin təşkili elan olunmayacağı təqdirdə, Aİ, o cümlədən Venesuela konstitusiyasının 233-cü maddəsinə müvafiq olaraq ölkə rəhbərliyinin tanınması məsələsi ilə bağlı növbəti addımını atacaq“, – deyə bəyanatda bildirilir.

Qeyd olunur ki, Aİ mayda Venesuelada keçirilən prezident seçkilərinin azad, ədalətli və etimadı doğruldan olmaması ilə bağlı mövqeyini təsdiq edir.

“Ölkəyə təcili olaraq Venesuela sakinlərinin həqiqətən iradəsini təmsil edən hökumət lazımdır”, – deyə press-relizdə vurğulanır.

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …