Cümə , Oktyabr 23 2020
Ana səhifə / Dünya / Avropa İttifaqı Türkiyəyəmaliyyə yardımını azaldacaq

Avropa İttifaqı Türkiyəyəmaliyyə yardımını azaldacaq

Avropa İttifaqına (Aİ) üzv ölkələr 2018-ci ilin büdcəsi ilə bağlı danışıqları başa çatdırıb.

“Report” “Deutsche Welle”yə istinadən xəbər verir ki, qəbul edilən sənədə əsasən, Birlik Aİ üzvlüyünə namizədlərin dəstəklənməsi proqramı çərçivəsində Türkiyəyə maliyyə yardımını azaltmağı planlaşdırır.

Qeyd olunur ki, Aİ Türkiyəyə ödəniş məbləğini Avropa Komissiyası tərəfindən tərtib olunmuş birinci büdcə layihəsi ilə müqayisədə 105 milyon avro azaldıb. Həmçinin Aİ tərəfindən Türkiyədə hüquqi dövlət prinsiplərinə riayət olunması sahəsində irəliləyiş müşahidə olunmayınca Ankaraya ayrılan daha 70 mln. avronun dondurulması barədə qərar qəbul olunub.

Həmçinin oxuyun

“Qarabağ məsələsi Azərbaycan sərhədləri çərçivəsində həll edilməlidir” – ABŞ-ın NATO-dakı səfiri

ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və sərhədləri çərçivəsində həll edilməli olduğunu …