Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaların anonsunu verdi

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaların anonsunu verdi

Sabah Avropa İttifaqı ölkələrinin XİN başçıları Şurası kimyəvi silahdan istifadəyə görə Rusiyaya qarşı yeni sanksiyalar planını təsdiq edəcək. Virtualaz.org “İnterfaks”a istinadən xəbər veirr ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Mənbəyə əsasən, Lüksemburqda keçiriləcək toplantıda Suriyada və Solsberidə qeydə alınmış hücumlardan sonra Britaniyanın və Fransanın təklif etdiyi saknsiyaların əks olunduğu sənədin imzalanması planlaşdırılır.

Britaniya KİV-ləri yazır ki, yeni sanksiyalar zərfində nəzərdə tutulduğuna görə, Rusiyanın kəşfiyyat orqanlarının rəhbərlərinin və onların yaxın tərəfdaşlarının Aİ ölkələrinə girişi məhdudlaşdırılacaq və həmin şəxslərin bank hesabları dondurulacaq. Eyni zamanda, Böyük Britaniya XİN-in əməkdaşı vurğulayıb ki, bu sanksiyalar bilavasitə Rusiyaya qarşı deyil, bütün dünyada kimyəvi silahdan istifadəyə qarşı yönəlib.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …