Ana səhifə / Dünya / Avropa İttifaqı Ermənistanda baş verənlərlə bağlı bəyanat yaydı

Avropa İttifaqı Ermənistanda baş verənlərlə bağlı bəyanat yaydı

Avropa İttifaqı (Aİ) Ermənistandakı hadisələri çox yaxından izləyir.

Bu barədə Aİ-nin yaydığı bəyanatda qeyd olunub.

Aİ Ermənistan ordusunu konstitusiya ilə müəyyən edilən səlahiyyətləri çərçivəsində davranmağa çağırıb.

“Avropa İttifaqı Ermənistandakı hadisələri çox yaxından izləyir. Biz bütün tərəfləri sakitləşməyə və vəziyyəti daha da gərginləşdirəcək ritorika və ya hərəkətlərdən çəkinməyə çağırırıq. Siyasi müxtəlifliklər parlamentar demokratiya proseslərinə və prinsiplərinə möhkəm şəkildə sadiq qalmaqla həll edilməlidir. Ermənistan konstitusiyasına uyğun olaraq, silahlı qüvvələr siyasi məsələlərdə neytrallığı qorumalıdır. Demokratik və konstitusion qaydaları gözləmək Ermənistanın üzləşdiyi çağırışların öhdəsindən gəlməsi üçün yeganə yoldur”, – deyə bildirilib.  /APA

Həmçinin oxuyun

Putinlə Ərdoğan arasında telefon danışığı olub

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə …