Şənbə , Yanvar 29 2022
Ana səhifə / Dünya / Avropa dövlətlərindən Tokayevə sərt xəbərdarlıq

Avropa dövlətlərindən Tokayevə sərt xəbərdarlıq

Qazaxıstanda baş verən kütləvi etirazlar fonunda Almaniya hökuməti ölkədəki bütün tərəfləri təmkinli və tədbirli olmağa çağırıb. 

Bunu Almaniya hökumətinin sözçüsü Kristian Hoffman bəyan edib.

Onun sözlərinə görə, rəsmi Berlin mövcud olan zorakılıq hadisələrindən dərin narahatdır: “Biz əminik ki, zorakılıq heç vaxt adekvat cavab ola bilməz. Ona görə də biz bütün tərəfləri gərginliyi azaltmağa və vəziyyəti sülh yolu ilə həll etməyə çağırırıq”.

Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyi Qazaxıstanda təhlükəsizlik qüvvələrinə və orduya xəbərdarlıq edilmədən atəş açmaq əmri ilə bağlı bütün xəbərləri diqqətlə öyrənəcəyini açıqlayıb: “Almaniya hökumətinin nöqteyi-nəzərindən açıq şəkildə bildirilməlidir ki, mülki əhaliyə qarşı xüsusən də silahlı qüvvələr iştirak ilə hərbi silahlardan istifadə etmək ən son çarə olmalıdır”.

Qeyd olunub ki, Qazaxıstan hökuməti və bütün yüksək vəzifəli şəxslər mülki şəxslərin müdafiəsinə cavabdehdirlər.

“Kim öldürmək üçün xəbərdarlıq etmədən nümayişçilərə atəş atırsa, sivil dövlətlər dairəsini tərk etmiş olur” , – deyə Almaniya Federativ Respublikasının ədliyyə naziri Marko Buşman tviterdə yazıb.

Fransanın Avropa İttifaqı Şurasına sədrliyi ilə əlaqədar Parisdə görüşən Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Fransa prezidenti Emmanuel Makron da Qazaxıstanda zorakılığa son qoymağa çağırıblar.

Mərkəzi Asiya ölkəsində vəziyyətin gərginləşməsini narahatlıqla izlədiyini deyən Avropa Komissiyasının rəhbəri tərəfləri zorakılığa son qoymağa çağırıb və əmin edib ki, Aİ mümkün olan kömək etməyə hazırdır.

Qadın diplomat vurğulayıb ki, Qazaxıstan xalqının hüquqları və təhlükəsizliyi qorunmalıdır. Report

Həmçinin oxuyun

Rusiya əhalisinin sayı azaldı

2021-ci ilin sonunda Rusiya əhalisinin sayı 146,2 milyondan 145,5 milyona enib. Belə ki, 1 yanvar …