Cümə , Dekabr 8 2023
Ana səhifə / Dünya / Avropa bu tarixədək qədər Rusiya qazından asılılıqdan xilas olacaq

Avropa bu tarixədək qədər Rusiya qazından asılılıqdan xilas olacaq

Avropa Komissiyası 2020-ci illərin sonuna qədər Rusiya qazından asılılıqdan xilas olmaq niyyətindədir.
Qayanrinfo xəbər verir ki, bu barədə “Reuters” Avropa Komissiyasının bəyanatına istinadən xəbər verir.
Brüsselin məlumatına görə, Rusiya qazının Aİ-yə idxalı 2021-ci ildəki 155 milyard kubmetrə nisbətdə bu il 40-45 milyard kubmetrə qədər azalacaq. Təchizatda azalma günəş enerjisindən daha çox istifadə, həmçinin Norveç və ABŞ-dan idxal hesabına kompensasiya edilir.

Bununla belə, Aİ ölkələri 2030-cu ilə qədər 42,5% hədəfə çatmaq üçün bərpa olunan enerji mənbələrini hələ fəal şəkildə genişləndirmirlər.
Sentyabrın əvvəlində Avropa Komissiyasının sədr müavini Maros Şefçoviç Rusiya qazından tamamilə imtinanı demək olar ki, qeyri-mümkün missiya adlandırıb. BEA-nın proqnozuna görə, qaz anbarlarının tam saxlama qabiliyyətinə baxmayaraq, Avropada qiymətlər yüksək olaraq qalacaq. Bundan əlavə, agentliklər hesab edir ki, Rusiya qlobal təchizat zəncirlərinin diversifikasiyası səbəbindən 2030-cu ilə qədər qlobal bazar payının təxminən yarısını itirəcək.

Həmçinin oxuyun

Ceyms O’Brayn Azərbaycana gəlir

ABŞ-nin dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azərbaycan və Rumıniyaya səfər …