Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Dünya / Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyədə uğurlu layihə həyata keçirib

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyədə uğurlu layihə həyata keçirib

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ilin birinci grant müsabiqəsi çərçivəsində Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi tərəfindən 2019-cu il 9-10 oktyabr tarixlərində Türkiyənin Burdur və Dənizli şəhərlərində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozyum keçirilmişdir. Sempozyumun tərəfdaşları Burdur M.A.Ərsoy Universiteti, Dənizli Böyük şəhər bələdiyyəsi, Kültür və Mədəniyyət şöbəsi, Pamukkale universiteti, Dənizli Türk Ocaqları şöbəsi olmuşdur.

9 oktyabrda M.A.Ərsoy universitetində keçirilən sempozyumda Prof. Dr. Okan Yeşilot, Türkiyə-Ermənistan münasibətlərində Azərbaycan amili, Dos. Dr. Yalçın Sarıqaya, Qafqazda təhlükəsizlik sahəsində əməkdaşlıq sahələri, Hikmət Ərən, Bakı-Tblisi-Qars dəmir yolu xəttinin bölgə iqtisadiyyatına təsiri, Elxan Şahinoğlu, Dağlıq Qarabağ problemi və bölgə təhlükəsizliyi, Prof. Dr. Timuçin Kodaman Dağlıq Qarabağ problemi və Türkiyənin münasibəti, Dr. Gökmen Kılıçoğlu Ermənistan-NATO münasibətləri, Dos. Dr. Solmaz Gözəlova, Azərbaycan Respublikasının enerji ehtiyatları və böyük dövlətlərin neft siyasətində erməni amili (1917-2015), Dr. Esma Özdaşlı, Dağlıq Qarabağın işğal edəlməsi çərçivəsində qondarma erməni soyqırımı iddialarını psixoloji-siyasi tərəfi, Dr. Hatəm Cabbarlı Türkiye-Ermenistan münasibətləri adlə məruzə ilə çıxış etmişlər. 10 oktyabrda Pamuqqala universitetində keçirilən sempozyumda yuxarıda adları çəkilən elm adamları ilə birlikdə Prof. Dr. Mithat Aydın, Prof. Dr. Ercan Haytoğlu sempozium mövzusu ilə bağlı olan məsələlər barəsində məruzə etmişlər. Sempozium çərçivəsində Burdur Valisinin Müavini Məhmət Yıldız, Burdur Bələdiyyəsi Sədrinin müavini Hasan Duyqulu ilə görüş keçirilmiş, iki ölkə arasındakı mədəni əlaqələrin inkişaf etdirilməsi, qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq imkanları dəyərləndirilmişdir. Dənizlidə keçirilən sempoziumda Dənizli böyük şəhər bələdiyyəsinin inşa etdiyi Azərbaycan-Qarabağ parkı və Xocalı soyqırımı heykəli ziyarət edilmiş, Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı çıxış etmişdir.

Dənizli böyük şəhər bələdiyyəsinin sədri Osman Zolan Azərbaycan və Türkiyədən gələn qonaqların şərəfinə şam yeməyi təşkil etmiş, ziyafətdə Hatəm Cabbarlı Osman Zolana göstərdiyi diqqət və qonaqpərvərliyinə görə plaket və Azərbaycanın tanınmış sənətkarı Bülbülün val dəstini hədiyyə etmişdir. Sempozyumun təşkil edilməsinə maliyyə vəsaiti ayıran Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevə, layihə çərçivəsində əməkdaşlıq etdiyimiz M. A. Ərsoy universitetinə, Dr. Esma Saraç Özdaşlı xanıma, Prof. Dr. Kürşat Özdaşlı bəyə, Ərsoy universiteti İqtisadi və idari bölümlər fakültəsi dekanı Məhməd Qaragül bəyə, Burdur Valisinin müavini Məhməd bəyə, Burdur Türk Ocağı Başqanı Himmət Bükə bəyə, Burdur Bələdiyyəsinin sədrinin müavininə, Hasan Duyqulu bəyə, Ərsoy universitetinin tələbələri Əminə xanıma, Yunus Duru bəyə, Dənizli Böyük şəhər bələdiyyəsi sədri Osman Zolan bəyə, Bələdiyənin kültür və sənət şöbəsinə, Dənizli Türk Ocaqları Şöbəsinin sədri Prof. Dr. Turqut Tok bəyə, adını çəkmədiyim amma bu əməkdaşlıq çərçivəsində tanıdığım bütün insanlara, Türk qardaşlarımızın qonaqpərvərliyinə və problemin aktuallığına göstərdiyi münasibətə görə təşəkkürlərimi bildirirəm.

Həmçinin oxuyun

Putin: Navalnını Qərb ölkələrində saxlanılan rusiyalılarla dəyişməyə razılaşmışdım, amma o öldü

Rusiya Prezidenti Vladimir Putin həbsxanada vəfat edən Aleksey Navalnın mübadiləsinə razılıq verdiyini söyləyib. Bu barədə …