Bazar ertəsi , Sentyabr 21 2020
Ana səhifə / Dünya / ATSAM Türkiyədə mühüm layihə icra edəcək

ATSAM Türkiyədə mühüm layihə icra edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək . Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və Isparta şəhərində yerləşən Isparta Tətbiqi Elmlər Universiteti ilə birlikdə cari ilin 9-10 oktyabr tarixlərində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcəkdir. Sempoziumda Azərbaycan və Türkiyədən elm adamları və ekspertlər mövzu ilə bağlı universitetlərin tələbə və müəllim kollektivi qarşısında geniş məruzə ilə çıxış edəcəklər. “Ermənistanın işğalçılıq siyasəti, region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempoziumun təşkil edilməsi Ermənistanın işğalçılıq siyasətinin ölkə sərhədlərindən kənarda akademik olaraq müzakirə edilməsinə və bu müzakirənin dinləyicilərin və KİV-lərin diqqətinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Ermənistanın işğalçılıq siyasəti sadəcə iki ölkə arasında təhlükəsizlik problemi deyildir. Bu eyni zamanda region və beynəlxalq təhlükəsizliyi təhdid edən problem olaraq qarşımıza çıxır. Ermənistanın müstəqilliyini elan etməsindən sonra Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı militarist xarici siyasət həyata keçirməsi bölgə təhlükəsizliyi üçün ciddi təhdid ünsürüdür. Bundan başqa Azərbaycanın nəzarətindən kənarda qalan işğal altındakı bölgələr terroçuluq, qaçaqmalçılıq, silah, insan və narkotik maddələrin ticarəti mərkəzinə çevrilmişdir. Azərbaycan bu gerçəklikləri dünya ictimai rəyinin nəzərinə çatdırması üçün beynəlxalq aləmdə təbliğat fəaliyyətinə davam etməli və təbliğat fəaliyyətinin coğrafiyasını genişləndirməlidir. Regionda və beynəlxalq aləmdə sülhün və sabitliyin bərqərar olunmasında Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütünlüyü çərçivəsində həll olunması əsas amillərdən biridir. Layihənin əsas məqsədi Dağlıq Qarabağ probleminin əsas mahiyyətini; Ermənistanın işğalçılıq siyasətini; işğal altında qalan ərazilərin terroçuluq, qaçaqmalçılıq, silah, insan və narkotik maddələrin ticarəti mərkəzinə çevrilməsini; problemin region və beynəlxalq təhkəsizliyi təhdid edən əsas amil olduğunu; regionda iqtisadi və sosial layihələrin həyata keçəməsində ciddi maneə olduğunu; Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini; Ermənistanın beynəlxalq hüquq normalarını kobudcasına pozduğunu; geniş oxuyucu və dinləyici kütləsinə çatdırmaqdır. Bu baxımdan belə bir konfransın Türkiyənin Burdur şəhərində yerləşən Mehmet Akif Ərsoy və Isparta şəhərində yerləşən Isparta Tətbiqi Elmlər Universiteti keçirilməsi Azərbaycan həqiqətlərini və Ermənistanın təcavüzkar siyasətini geniş auditoriyada ələ alınması və təhlil edilməsi olduqca əhəmiyyətlidir. Qeyd edək ki, bu universitetlərin hər birində 25 min tələbə təhsil alır.

Azinforum.az

Həmçinin oxuyun

COVID-19 qurbanlarının sayı 960 mini keçib

Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı hər gün artmaqda davam edir. “Worldometers” portalı xəbər …