Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Dünya / Atatürkün əsgərləri növbəni belə dəyişir – VİDEO

Atatürkün əsgərləri növbəni belə dəyişir – VİDEO

Hazırda Ankarada, Turan Ulusal Türk Uyqarlığı qurultayında olan musavat.com müxbiri böyük lider Mustafa Kamal Atatürkün mavzoeyini ziyarət zamanı fəxri qaravulda olan əsgərlərin növbədəyişmə anını lentə alıb. Xatırladırıq ki, bu proses hər iki saatdan bir baş verir və əsgərlər bu müddət ərzində tərpənmədən və sanki nəfəs belə almadan Atatürkün mavzoleyini qoruyurlar.

Türkiyənin paytaxtı Ankaraya gələn turistlər bəzən iki saat müddəti gözləyərək, bu anı lentə almaq üçün növbəyə dururlar.

Böyük lider, Türkiyənin xilaskarı Mustafa Kamal Atatürkün şərəfinə inşa edilmiş Anıt Qəbir əksər türklər üçün müqəddəs məkan sayılır. İnsanlar ən əlamətdar günlərini qeyd edən zaman mütləq bu məkana da baş çəkirlər. Şəkillərin birində də gördüyünüz kimi, müxbirimiz Anıt Qəbirdə olarkən evlənən iki cütlüyün Atatütkün məzarını ziyarət etməsini lentə alıb.

m

Həmçinin oxuyun

Avropa Komissiyası İrana qarşı sanksiyaları genişləndirə bilər

Avropa İttifaqının rəhbərliyi aprelin 14-nə keçən gecə İsrailə hücuma görə İrana qarşı sanksiyaların genişləndirilməsi məsələsinə …