Çərşənbə , Noyabr 21 2018
Ana səhifə / Dünya / “Atamızın cəsədini istəyirik” – Kaşıqçının övladları

“Atamızın cəsədini istəyirik” – Kaşıqçının övladları

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilmiş jurnalist Camal Kaşıqçının övladları Salah və Abdullah Səudiyyə Ərəbistanından atalarının cəsədini onlara vermələrini xahiş ediblər.
Unikal.org xəbər verir ki, onlar bu barədə CNN-ə müsahibələrində bildiriblər.
Salahın sözlərinə görə, indi öldürülmüş jurnalistin ailə üzvləri arasında hamı atalarının cəsədini Mədinədə, qohumlarının dəfn edildiyi qəbristanlıqda torpağa tapşırılmasını istəyir. “Mən bu barədə Səudiyyə Ərəbistanının hakimiyyət orqanlarının nümayəndələrinə dedim və ümid edirəm ki, bu, yaxın vaxtda baş verəcək”, – deyə o qeyd edib.
Jurnalistin digər övladı Abdulla isə əlavə edib ki, o, atasının öldürülməsinin tez baş verdiyinə, əzablı olmadığına və ya valideyninin sakitcə ölməsinə inanmaq istəyir.
VIPedu.BIZ

Həmçinin oxuyun

Rusiya Prezidenti: “Türk axını” layihəsi başqalarına qarşı yönəlməyib”

“Türk axını” layihəsi başqalarına qarşı yönəlməyib, dövlətlərin öz milli mənafeyini qorumaq bacarığını nümayiş etdirir”. “Report” …