Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Atalarının zorakılığını sübut etmək üçün döyüldüklərini qeydə aldılar — VİDEO

Atalarının zorakılığını sübut etmək üçün döyüldüklərini qeydə aldılar — VİDEO

Ataları tərəfində mütəmadi zorakılığı polislərə sübut etmək istəyən uşaqlar necə döyüldüklərini videoya çəkiblər.


Bu barədə “LifeShot” “Telegram” kanalı xəbər yayıb.


Bildirilir ki, hadisə Rusiyanın paytaxtı Moskvada baş verib.


Kadrlar çəkilən gün Mixail T. əvvəlcə içib və arvadını döyməyə başlayıb. Qışqırığı eşidən uşaqlar analarının köməyinə gəliblər. Bu, atanın xoşuna gəlmir, o, əvvəlcə 11 yaşlı oğlunun gözünə yumruqla vurub, sonra isə 17 yaşlı oğlunu döyməyə və boğmağa başlayıb.

Uşaqlardan biri baş verənləri videoya çəkməyə və polis çağırmağa imkan tapıb. Ata dərhal geyinərək qaçıb.

Üz-gözləri göyərmiş və şişmiş uşaqlar isə xəstəxanaya yollanıblar.

Hazırda Mixail axtarışdadır. Oğlanları isə çəkilən videonun nəhayət ki, atanın zorakı əməllərini təsdiqləyəcəyi ümidindədirlər.(oxu.az)

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …