Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Ata ilə qızı bu qeyri-adi saçlarına görə “Ginnes”ə düşdülər – Fotolar

Ata ilə qızı bu qeyri-adi saçlarına görə “Ginnes”ə düşdülər – Fotolar

Çoxumuzun istifadə etdiyi İnstaqramda hər gün yeni bir fenomen yaranır. Bu dəfə isə Benni Harlemlə qızı Yaksin öz qeyri-adi saçları ilə gündəm olublar.

“Qafqazinfo” xəbər verir ki, yeganə “xəzinəsi” saçları olan ata ilə qızı buna görə hətta Ginnesin rekordlar kitabına belə düşüblər. Benni 52,07 santimetrədək uzatdığı saçları ilə fəxr etdiyini deyib. İnstaqramda 480 minə yaxın izləyicisi olan Benni ilə Yaksin, eyni zamanda yaxın dostdurlar.

Yaksin “Atam mənim sirdaşım və müəllimimdir. Təkcə məktəbdə deyil, evdə də müəllimimdir” deyərək atasına sevgisini ifadə edib.

 






Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …